Ramiz İdrisoğluya nazirlikdə yeni vəzi̇fə veri̇ldi̇

Ramiz İdrisoğluya nazirlikdə yeni vəzi̇fə veri̇ldi̇
SOSİAL
23:27 06.07.2026
317
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu yeni vəzifəyə təyinat alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə R.İdrisoğlu özü məlumat verib.

O, bundan sonra fəaliyyətini Ekologiya və Təbii Sərvətlər Nazirliyində protokol sahəsində davam etdirəcək.

Qeyd edək ki, R.İdrisoğlunun indiyədək icra etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi vəzifəsi isə Sevinc Paşayevaya həvalə olunub.
OXŞAR XƏBƏRLƏR