Ramiz Mehdiyev prezidentin tapşırığı ilə bağlı iclas keçirdi

Ramiz Mehdiyev prezidentin tapşırığı ilə bağlı iclas keçirdi
SİYASƏT
17:45 01.11.2018
6169

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, iclasda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak ediblər.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
11:19 14.10.2026
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
11:17 14.10.2026
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
10:57 14.10.2026
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
10:54 14.10.2026
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
10:49 14.10.2026
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
10:45 14.10.2026
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib
10:34 14.10.2026
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib