Ramiz Mehdiyevdən Qubadakı “Soyqırımı memorial kompleksi” ilə bağlı - Sərəncam

Ramiz Mehdiyevdən Qubadakı “Soyqırımı memorial kompleksi” ilə bağlı - Sərəncam
SOSİAL
15:37 06.06.2017
1188
Quba şəhərindəki "Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.

Prezident İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib.

Prezidentin tapşırığına uyğun olaraq  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında”  sərəncam imzalayıb.

Sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və  görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün Komissiya yaradılıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Seymur Fətəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Toğrul Musayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər.

Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim etməlidir.
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR