"Dövlət təhlükəsizliyi orqanlarının apardığı araşdırmalar çərçivəsində təqdim edilən məlumatlar bir sıra narahatlıq doğuran məqamları üzə çıxarır. Ramiz Mehdiyevlə bağlı qüvvələrin potensial aktivləşməsi və bu prosesdə müxalif strukturların rolu təhlükəsizlik xidmətlərinin diqqət mərkəzindədir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O qeyd edib ki, AXCP-nin addımları ölkədə sabitliyi pozmağa yönəlib:
"AXCP-nin son onilliklərdə nümayiş etdirdiyi siyasi xətt radikal retorikanın əsasında qurulub. Əli Kərimli və partiya üzvlərinin bəzi addımlarının, bəyanatlarının ölkənin dövlət maraqları ilə ziddiyyət təşkil etməsi heç kəsə sirr deyil. Belə hallara misal olaraq beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə qarşı çıxışları,
regional əməkdaşlıq layihələrinə münasibətdə konstruktiv olmayan mövqe sırgilənməsini və
daxili sabitliyin pozulmasına yönəlmiş addımları söyləmək olar”.
Deputat daha sonra əlavə edib:
"Müasir təhlükəsizlik konsepsiyaları təhdidlərin qarşısının vaxtında alınmasının əhəmiyyətini vurğulayır. Dövlət strukturlarının potensial riskləri erkən mərhələdə müəyyənləşdirməsi və lazımi tədbirlər görməsi ölkənin suverenliyinin qorunması üçün vacibdir. Regionda geosiyasi rəqabətin artdığı bir dövrdə xarici güc mərkəzlərinin daxili qüvvələrdən istifadə etməsi riski daim mövcuddur. Bu baxımdan daxili sabitliyin təmin edilməsi və qanunun aliliyi prinsipinin bərqərar olması strateji əhəmiyyət daşıyır.










































