Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib

Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib
Bütün Xəbərlər
14:51 10.09.2014
869
Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) kitabının müzakirəsi və təqdimatı keçirilib.
AZXEBER.COM  AzərTAc-a istinadən xəbər verir ki, təqdimat mərasimində Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov kitab haqqında məlumat verərək bildirib ki, topluda Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Y. Mahmudov qeyd edib ki, kitab tarixşünaslığımızın böyük qələbəsidir: "Bu kitab Minsk qrupunun təmsilçisi olan ölkənin paytaxtında nəşr olunub. Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixşünaslığının böyük qələbəsidir. Əsərin ən böyük məziyyətlərindən biri bizim tarix elmimizin bütün istiqamətlərdə uğurlarının böyük cəsarət və elmi dəlillərlə müdafiə olunmasıdır".
Y. Mahmudov əlavə edib ki, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı ilə akademik R. Mehdiyev həm də dövlətin sözünü deyib: "Biz təklif edəcəyik, kitab digər dillərə də tərcümə olunsun ki, dünya elmi ictimaiyyəti Azərbaycanın tarixi həqiqətləri ilə bir daha tanış olsunlar. Çünki kitabda o da sübuta yetirilir ki, ermənilər köçüb gəlmə xalqdır".
Tədbirdə çıxış edən tarixçi alimlər Tofiq Nəcəfli, Cəbi Bəhramov və başqaları kitabı Azərbaycan tarixşünaslığının son illərdəki böyük nailiyyəti kimi dəyərləndiriblər.
Qeyd edək ki, kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub.
Kitabda Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, habelə bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Çinə gedir
16:14 24.08.2025
Putin Çinə gedir
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
16:07 24.08.2025
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb