“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi”

“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi”
SİYASƏT
20:38 25.08.2026
623
"İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması və sahibkar hüquqlarının müdafiəsi istiqamətində mühüm tapşırıqlar müəyyən edilib. Lakin buna baxmayaraq, fəaliyyətimiz dövründə ciddi qanunsuzluqlarla və təzyiqlərlə üzləşmişik”.

Bu şikayətlə "Qafqazinfo”ya bir qrup sahibkar müraciət edib. 

Sahibkarlar Cavanşir Abduləzimov, Aydın Əliyev, Ramiz Məmmədov və digərləri uzun illər ərzində fəaliyyətlərinə qarşı sistemli şəkildə qanunsuz müdaxilələr, hədə-qorxu, təzyiq və qeyri-rəsmi maliyyə tələbləri həyata keçirildiyini bildiriblər.

Sahibkar Abduləzimov Cavanşir Bəşir oğlunun sözlərinə görə, 2003-cü ilin mart ayında onlara özünü Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyev kimi təqdim edən şəxs tərəfindən zəng daxil olub. Həmin şəxs "yuxarı göstəriş” əsasında karxana fəaliyyətimizə nəzarət edəcəyini, vergi, işıq xərcləri və sosial ödənişlərdən azad olunacağımızı, bunun müqabilində isə əldə olunan vəsaitlərin müəyyən şəxslərə çatdırılacağını bildirib: "Biz bu qanunsuz təkliflə razılaşmadıqda, açıq şəkildə hədələnmişik, razılaşmayacağımız halda həbs etdiriləcəyimiz bildirilib. Sonrakı dövrlərdə Bakı şəhərində keçirilmiş görüşlər zamanı da təzyiqlər davam etdirilib, yüksəkvəzifəli şəxslərlə əlaqələrinin olduğu nümayiş etdirilərək bizə psixoloji təsirlər göstərilib.

Görüşlər zamanı karxananın yaradılması üçün iri məbləğdə kreditlər götürdüyümüz, avadanlıqlar aldığımız, elektrik xətti çəkdirdiyimiz və yalnız elektrik xəttinin çəkilişinə təxminən 250 000 manat vəsait xərclədiyimiz bildirilsə də, bu hallar nəzərə alınmayıb.

Davamlı təzyiqlər nəticəsində məcbur qalaraq razılaşmış və təxminən 10 il müddətində aylıq 70 000–80 000 manat məbləğində vəsait vermişik. Orta hesabla aylıq 75 000 manat olmaqla, ümumilikdə təxminən 9 milyon manat vəsait bizdən alınıb.

Bunun nəticəsində üzərimizdə əlavə olaraq təxminən 5 milyon manat kredit borcu formalaşıb, eyni zamanda vergi, sosial və torpaq ödənişləri ilə bağlı bütün maliyyə yükü də bizim üzərimizdə qalıb. Hazırda 130 000 manatdan artıq vergi borcumuz mövcuddur.

Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bizə 600 000 manatdan artıq cərimə tətbiq edilib və həmin məbləği kredit və borc hesabına ödəməyə məcbur olmuşuq”.

Lisenziya müddətinin uzadılması ilə bağlı dəfələrlə qanuni qaydada müraciətlər edilməsinə baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin müraciətlərə obyektiv və qanunauyğun şəkildə baxılmayıb, süründürməçilik və qərəzli yanaşma nümayiş etdirilib”.

Şikayətçilər bildiriblər ki, tikinti sektorunda istifadə olunan mişar daşı istehsalının zəruri olması səbəbindən fəaliyyətlərini tam dayandırmadan davam etdirməyə məcbur olmuş, bu müddət ərzində hasilat apararaq qanunvericiliyə uyğun qaydada mədən vergisini ödəməklə fəaliyyət göstəriblər: "Eyni zamanda, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı qiymətləndirmə, hərrac və lisenziyalaşdırma prosedurlarının qanunvericiliyin tələblərinə uyğun və tam şəkildə həyata keçirilmədiyi şəraitdə karxana fəaliyyəti faktiki olaraq aparılıb. Bu hallar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şəffaf və bərabər idarəetmənin təmin olunmadığını göstərir və qəbul edilmiş qərarların qərəzli xarakter daşıdığı barədə əsaslı şübhələr yaradır.

Bundan başqa, qeyd olunan qeyri-qanuni təzyiqlər, qərəzli münasibət və fəaliyyətimizə yaradılan maneələr bizi faktiki olaraq himayədar axtarmağa məcbur edib, nəticədə qeyri-iradi şəkildə müəyyən şəxslərin təsir dairəsinə düşməyimizə səbəb olub”.

C.Abduləzimov əlavə edib ki, yuxarıda göstərilən hallar Azərbaycan Respublikasının "Yer təki haqqında” Qanununun, Nazirlər Kabinetinin 27 dekabr 1999-cu il tarixli 202 nömrəli qərarı ilə təsdiq edilmiş "Yerin təkindən istifadə qaydaları”nın, "Ətraf mühitin mühafizəsi haqqında” və "Ekoloji təhlükəsizlik haqqında” qanunların tələblərinə ziddir.

Sahibkarlar İ.Əliyevin hazırda da onlara şikayəti geri götürmək üçün təzyiq və təhdidlər etdiyini bildiriblər. 

Qeyd edək ki, sahibkarlar bu problemlə bağlı Prezident İlham Əliyevə də müraciət ünvanlayıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:14 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər