Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam evlənir. Şənlik Məhərrəm ayının ilk gününə təyin edilib.
AZXEBER.COM xəbər verir ki, "Novaya qazeta Avropa” öz mənbələrinə istinadən yazır ki, mərasimə dəvətləri Yaxın Şərq ölkələrindən yüksək səviyyəli nümayəndələr də alıb.
Yazıda o da vurğulanır ki, mərasimə hazırlıq bir neçə ay əvvəl başlayıb.
Bu ilin aprelində Ramzan Kadırovun 17 yaşlı oğlu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin noyabrından kiçik Kadırov Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir. Gəncin bir çox mükafatları var, o cümlədən Çeçenistan Respublikasının Qəhrəmanı adı, Kadırov ordeni. Bundan əlavə, martın sonunda o, Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin kuratoru təyin edilib.
/// Lent.az