Xalq artisti, tanınmış aktyor Rasim Balayevin səhhətində problem yaranıb.
Aktyor qəfildən yıxılıb və ağır zədə alıb.
AZXEBER.COM-a danışan tanınmış aktyor ev şəraitində müalicə aldığını söyləyib:
“Ayağım dolaşdı yerə yıxıldım. Sonra qolum burxuldu. Həkim deyir ki, yaxşıdı vəziyyətim. Evdə yatıram”.
Rasim Balayev heç yerdə işləmədiyini də bildirib:
“ Açığı, mənə zəng edib, hər hansı bir filmlə bağlı təklif edən də yoxdur. Heç bir iş-güc yoxdu, hazırda işləmirəm”.
Əfsələddin Ağalarov