Rasim Musabəyov: ''Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, hazırki vəziyyət''

GƏNCLİK
11:43 10.09.2012
1763

9 sentyabr tarixində Gəncə şəhərində Ramada Hoteldə Azərbaycan Gənclərinin I Liderlik Forumunda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, hazırki vəziyyət” mövzusunda keçirilən görüşün eksperti Millət vəkili, politoloq Rasim Musabəyov olub.

AZXEBER.COM-un məlumatına görə, millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün əsas prioritet mövzusudur: “Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün əsas müzakirə mövzusudur və faktdır ki, Ermənistanla müqayisədə Azərbaycanın bu mübarizədə qalib gəlmək imkanları çoxdur və biz buna nail olacağıq. Azərbaycan Ermənistandan fərqli olaraq sülh danışıqlara daha çox can atır və bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır”.

Sonda ekspert qeyd edib ki, Azərbaycan regionda inkişaf etmiş ölkədir. Bu mübarizədə qalib gəlməyimiz üçün geniş imkanlarımız, möhkəm ordumuz, gücümüz var. Azərbaycan heç vaxt itki ilə barışmayacaq. Üstünlüyümüzü gücə çevirərək, ümidli olmalıyıq mübariz olmalıyıq.

Qeyd edək ki, “2012-ci il Azərbaycan Gənclər Paytaxtı” olan Gəncə şəhəri Ramada Hoteldə Azərbaycan Gənclərinin I Liderlik Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyininin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR