Rasim Nəbiyev mükafatlandırıldı

Rasim Nəbiyev mükafatlandırıldı
Bütün Xəbərlər
21:16 07.09.2012
2580
Ictimai-Siyasi Universitetin rektoru, professor Rasim Nəbiyev Qaynar.info milli xəbər portalı tərəfindən təhsilin inkişafındakı xidmətlərinə görə, mükafatla təltif edilib. 
Mükafat İctimai –Siyasi Universitetdə professor Rasim Nəbiyevə təqdim edilib. Təqdimat mərasimində çıxış edən Qaynar.info milli xəbər portalının baş redaktoru Fərid Şahbazlı rektorun bu mükafata məhz İctimai-Siyasi Universitetin uğurlu fəaliyyətinə görə, layiq görüldüyünü bildirib. Cari tədris ilində adıçəkilən ali məktəbdə illik təhsil haqlarının endirildiyini, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadənin İctimai-Siyasi Universitetə abituriyentlər arasında xüsusi maraq yaranmasına dair açıqlamasını xüsusi olaraq qabardan F.Şahbazlı bütün bunlara görə, Rasim müəllimə gənclər adından təşəkkürlərini çatdırdı.Öz növbəsində mükafata görə, F.Şahbazlıya təşəkkür edən Rasim Nəbiyev Azərbaycan gəncliyinin dövlətçiliyə bağlı olduğunu, Fərid Şahbazlının rəhbəri olduğu “İslahatçı Gənclər” İctimai Birliyinin bu istiqamətdə fəaliyyətini xüsusi vurğuladı. Daha sonra rektor rəhbərlik etdiyi ali məktəbdə ciddi islahatlar həyata keçiriləcəyini deyərək, bu istiqamətdə nəzərdə tutulmuş layihələrdən danışdı.Sonda mükafat Qaynar.info milli xəbər portalının baş redaktoru Fərid Şahbazlı tərəfindən İctimai-Siyasi Universitetin rektoru, professor Rasim Nəbiyevə təqdim olundu.
OXŞAR XƏBƏRLƏR