Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"

SİYASƏT
19:52 18.10.2019
12504

"Bu gün Azərbayan tarixinə müstəqil dövlətinin hüquqi cəhətdən müstəqilliyinin rəsmiləşdirildiyi əlamətdar gün kimi daxil olub”. Bu fikirləri SİA-ya açıqlamasında "Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Bu gün dünyada mövcud olan 5 mindən çox xalqın heç də hamısının müstəqil dövləti olmadığını deyən R.Quliyev bildirib ki, Azərbayan xalqının ən böyük sərvəti, neməti onun müstəqilliyidir. Ekspert söyləyib ki, Azərbaycanın müstəqil dövlət kimi qurulması yolu heç də hamar olmayıb.

Azərbaycanın müstəqillik qazanmaq üçün keşməkeşli, çətin yollardan keçdiyini söyləyən R.Quliyev vurğulayıb ki, ölkəmizin uzun bir dövrə söykənən dövlətçilik ənənəsinin olmasına baxmayaraq, Azərbaycan yalnız 200 ildən sonra yenidən öz müstəqilliyini qurmaq səadətinə nəsib olub: "Ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində digər respublikalar kimi 70 il yaşasa da, müstəqillik arzusunu hər zaman qəlbində yaşadıb. Lakin Azərbaycan ötən əsrin 90-cı illərində bu ittifaqın dağılması nəticəsində yaranan geopolitik vəziyyətdən əlverişli şəraitdən istifadə edərək öz müstəqillik aktını qəbul etdi”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ötən gün mətbuatda dərc edilmiş 18 oktyabr Azərbaycanda Müstəqillik Aktının qəbul olunmasına həsr olunan məqaləsini xatırladan siyasi ekspert vurğulayıb ki, Prezidentin köməkçisinin hər bir tezisi böyük elmi işin əsası idi: "Əli Həsənov bir alim kimi bu materalı cəmiyyət üçün tezisləşdirsə də, orada qeyd olunan hər bir fikir elmi əsərlərin əsasını təşkil edir. Yazıda Azərbaycanın müstəqilliyini qazanması yolu çox geniş şəkildə təsvir olunub”.

Azərbaycan xalqının müstəqillik qazanmaq üçün dəfələrlə mübarizəyə qatıldığını deyən R.Quliyev qeyd edib ki, xalqımız əsrin əvvəlində Şərqdə ilk dəfə demokratik parlament respublikası qurmağa nail olub: "Həmin xalq ötən əsrin 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində yenidən meydana çıxaraq öz müstəqilliyini bərpa etdi”.

R.Quliyev vurğulayıb ki, bu gün 195 ölkə dövlət olaraq tanınır: "Onlardan 193-ü BMT-nin qeydiyyatından keçib, lakin Fələstin və Vatikan hələ də qeydiyyatdan keçməyib. Bu gün Azərbaycan xalqı müstəqil dövlətə sahib olduğu üçün çox xoşbəxtdir. Bu gün dünya əhalisinin 60 milyonunu azərbaycanlılar təşkil edir. Azərbaycan təkcə ölkəmizdə yaşayan 10 milyon inanın deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların dövlətidir. Müstəqillik günü münasibətilə hər bir azərbaycanlını təbrik edirəm”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb