Rauf Arifoğlu: Milli Şura deyilən bir qurum artıq yoxdur

Rauf Arifoğlu: Milli Şura deyilən bir qurum artıq yoxdur
SİYASƏT
12:40 07.09.2013
1619

10 ildən artıqdır Əvəz Temirxanın böhtanları ilə üz-üzəyik.

Hesab edirəm ki, onun hər yeri “sakat”dır. O cümlədən də başı. Bunu birmənalı şəkildə deyirəm”. AZXEBER.COM xəbər verir ki, bunu APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu ALP sədri Əvəz Temirxanın onun və qəzetin ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən deyib. R.Arifoğlu ALP sədrinin qeyri-ciddi və bədbəxt adam olduğunu deyib:

“Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Qəzetin haqqında da “iqtidara işləyir, ora-bura işləyir” ittihamı deyəndə, bu bədbəxt başa düşmür ki, onun özü də, indi təmsil etdiyi Lalə Şövkət də bu iqtidarı quranlardan biri olub.

Həm Lalə Şövkət, həm Rəsul Quliyev, həm də Eldar Namazov iqtidarın qurulmasında, formalaşmasında iştirak ediblər və Heydər Əliyevin ən yaxın silahdaşları olublar.

Amma sonradan oradan qovulublar, düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Necə oranı zibilləmişdilərsə, indi də gəlib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birinə qatırlar. Sabotajla məşğuldurlar və hər üçünün hədəfi “Yeni Müsavat” qəzetidir”. R.Arifoğlu “Facebook” sosial şəbəkəsində yazdığı statusa da aydınlıq gətirib:

“Mənim konkret yazıma gəldikdə isə, bu yazı Milli Şuranın son sessiyasının sabotaj olunması faktı ilə bağlıdır. Əvəz Temirxan da bu sabotaj dəstəsinin içində olub. Desinlər ki yalandır, sabotaj etməmişik. Əvəz Temirxan da, ALP-çilər də iclasda iştirak etməyiblər. “EL” hərəkatı da son sessiyanı sabotaj edib və iclas gedə-gedə “Şuşa” restoranında iclas keçirib və həmin gün Milli Şuraya dəhşətli bir zərbə vurub.

Cəmil Həsənlinin Mili Şuranın prezidentliyə vahid namizədi statusunda ilk dəfə idi sessiya keçirilirdi və onlar həmin sessiyanı da boykot elədilər. Bundan da böyük pislik varmı? Sülhəddin Əkbər Rəsul Quliyevin təmsilçisidir və Rəsul Quliyev bir neçə gün əvvəl Mili Şuranın vahid namizədi haqqında deyib ki, o cəmi 0.2 – 0.5 faiz səs ala bilər, onun şansı yoxdur. Bundan böyük pislik, əks-təbliğat ola bilər?

Yəni, bu mövqeni təmsil edən, aranı qatan, Mili Şuranı yerdən-yerə vuran, onun sessiyasını sabotaj və boykot edən adamlar utanmadan, həyasızcasına mənim və qəzetin üzərinə gəlirlər. Etdikləri hərəkəti bizim adımıza yazırlar. Mən də üzümü ənənəvi müxalifət liderlərinə tutub deyirəm ki, bunlar sizə lazımdır? Bu adamlar nəyinizə lazımdır? Nə üçün bu yükü özünüzlə daşıyırsınız?” R.Arifoğlu artıq Mili Şura formatının iflasa uğradığını qeyd edib:

“Milli Şura deyilən bir qurum artıq yoxdur. Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür, hərə bir bəhanə gətirir. Bu gün bütün proseslər prezidentliyə vahid namizəd Cəmil Həsənlinin seçki qərargahı formatında gedir. Milli Şura varsa, ALP haradadır?

Mili Şura varsa, “EL” hərəkatının rəhbərliyi niyə bəyan edib ki, onlar İlqar Məmmədovu müdafiə edəcəklər? Bəs Milli Şuranın namizədi harada qaldı? Mili Şura varsa, niyə “EL” hərəkatının təmsilçiləri həmin gün gedib “Şuşa” restoranında iclas keçirirlər. Öz aralarında olan problemləri sessiya iştirak edəndən sonra həll edəydilər.

Milli Şura formatı varsa, niyə bu gün Mili Şura və “EL” hərəkatı Rüstəm İbrahimbəyovun evində Cəmil Həsənlinin vaxtını alaraq, iclas keçirmək məcburiyyəti hiss edir? Yəni bu adamlar görmürlər ki, ölkə siyasətinə, müxalifətinə nə qədər böyük fəlakət, bəla və narahatlıq gətiriblər.

Bunlar mənim üstümə gəlmək fürsətini əldən vermirlər. Barəmdə yeganə qara piar aparan “Azadlıq” qəzeti və AXCP-nin funksionerləri də bu məqamdan istifadə edib, müxalifətdən hakimiyyətə, hakimiyyətdən müxalifətə keçən, sima, qılıq, siyasi pasport dəyişdirən bu şəxslərin ünvanıma səsləndirdiyi bütün təhqirləri götürüb, mənə cavab haqqı da tanımadan, peşə qaydalarına riayət etmədən tirajlayırlar.

Mən hamısına etiraz edirəm və bir daha bəyan edirəm ki, demokratik düşərgə “Yeni Müsavat” qəzetinə qarşı kampaniyanın mərkəzinə çevrilməkdədir.

Bəzi QHT sədrləri, bəzi partiya funksionerləri artıq göstəriş verirlər ki, mən necə düşünməliyəm, mən necə yazmalıyam, mən indiki vəziyyətdə özümü necə aparmalıyam. 24 illik qəzetçilik təcrübəsi olan redaktora başa salırlar ki, o həyatını necə qurmalıdır.

Bu, absurddur, söz, mətbuat azadlığının əlifbasına zidd olan bir prosesdir və qara piardır. Mən bunların hamısına etiraz edirəm”. Rauf Arifoğlu bütün bunlara rəğmən Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlini hamıdan yüksək səviyyədə dəstəklədiyini deyib:

“İndi bu adamların qarnının ağrısı nədir, bunu başa düşə bilmirəm. Başa düşə bilmirəm ki, bu kampaniya Cəmil Həsənli üçündür və onun şəxsiyyəti üzərində gedirsə, Milli Şura aparatı iflic və sabotaj olursa, onlar mənim yazdıqlarımdan niyə narahatdırlar?

Çünki, mən bunların sözdə, yaxud da üzdə dəstəklədikləri namizədi dəstəkləyir və onun kampaniyasına dəstək verirəm. Heç bir təmənna görmədən onun kampaniyasının yürüdülməsinə diqqət ayırıram. Bu cür qiymətli bir media qurumunu niyə vururlar? Bizi döndərmək istəyirlər?

Cəmil Həsənliyə dəstək verən bir media qurumunu gözdən salmaqda məqsəd nədir? Nə zamandan Əvəz Temirxan və digərləri bunlar üçün bu qədər əziz oldu və mən bu anı necə oldu qaçırdım?” R. Arifoğlu barəsində səsləndirilən ittihamlarla bağlı məhkəməyə müraciət edəcəyini də vurğulayıb: “Beyindən, ağıldan şikəst, demokratiya haqqında təsəvvürləri, kommunist təsəvvüründən yüksək olmayan bu insanların qəzetimin ünvanına böhtan atmasına dözməyəcəyəm. Lazım gəlsə, bu insanlar haqqında məhkəməyə də müraciət edəcəyəm.

Çünki dediklərini sübut etməlidirlər. Etməsələr, məhkəməyə müraciət edib, tələb edəcəyəm ki, haqqımda səsləndirdikləri pozuculuq fəaliyyəti ilə bağlı ittihamları sübut etsinlər. Artıq heç kimə güzəşt olmayacaq.

Çünki ləyaqətli, şərəfli, öz yükünü özü daşıyan və ölkənin bir nömrəli kütləvi informasiya vasitəsini, siyasi qəzet statusunda olan bir instansiyanı ləkələyib gözdən salmaq təşəbbüsü göstərilir. Nəzərə alsınlar ki, burada 60-dan yuxarı insan çalışır və onların tən yarısı söz deməyi də, yazmağı da hamıdan yaxşı bacarırlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq