Rauf Denktaş bu gün dəfn ediləcək

Rauf Denktaş bu gün dəfn ediləcək
Bütün Xəbərlər
11:03 17.01.2012
897

Şimali Kiprin ilk prezidentinin dəfni bu gün baş tutacaq.

2012-ci il, yanvarın 13-də “Yakındoğu” Universitetinin (YDU) xəstəxanasında vəfat edən Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) yaradıcısı və sabiq prezidenti Rauf Denktaş bu gün Lefkoşa şəhərindəki “Cumhuriyyət” parkında dəfn ediləcək. Səhər saat 09.00-da mərhumla vida mərasimi başa çatacaq. Liderin nəşi saat 14.00-da “Cumhuriyyət” parkına aparılacaq və saat 14.30-da burada torpağa tapşırılacaq. Rauf Denktaşın cənazə mərasimində Türkiyədən Prezident Abdullah Gül, Baş Nazir Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər Naziri Əhməd Davudoğlu iştirak edəcək.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən aldığı məlumata əsasən , Prezident Abdullah Gül dəfn mərasiminə keçmiş Türkiyə Prezidentləri Süleyman Demirel və Ahmet Necdet Sezeri də dəvət edib.Lakin hər iki keçmiş prezident mərasimə qatıla bilməyəcəklərini təəssüflə bildiriblər.

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR