Ötən həftənin cümə axşamı müalicə aldığı xəstəxanada 88 yaşında vəfat edən Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Rauf Denktaşla vida mərasimi bu gün də davam edir. Rauf Denktaş bu gün dəfn ediləcək. Denktaşın cənazəsi 30 ildən çox xidmət göstərdiyi Cümhuriyət başçısı iqamətgahında qoyulub. Şimali Kipr və Türkiyədən gədən nümayəndə heyətləri Denktaşın cənazəsi önündən keçərək, başsağlığı dəftərini imzalamağı davam etdirirlər. Daha sonra cənazə Səlimiyyə məscidinə aparılacaq və cənazə namazından sonra Cümhuriyyət parkına götürülərək orada dəfn ediləcək. Şimali Kipr başçısının ölümü ilə əlaqədar www.raufdenktas.com internet səhifəsi açılıb.