Rauf Denktaşla vida mərasimi iki gün davam edəcək

Rauf Denktaşla vida mərasimi iki gün davam edəcək
Bütün Xəbərlər
11:13 16.01.2012
1557

Böyük lider Cümhuriyyət Parkında dəfn ediləcək

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaş bu gün başlayacaq və sabah da davam edəcək cənazə törənindən sonra dəfn ediləcək. Denktaşın nəşi Lefkoşada Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının qarşısındakı Cümhuriyyət Parkına dəfn ediləcək.

Şənbə günü fövqəladə toplantı keçirən QKTC Nazirlər Kabinetinin cümə günü axşama qədər matəm elan etməsindən sonra ölkədə bayraqlar yarıya qədər endirilib. Matəm səbəbilə həftənin ikinci günü təcili yardımlar xaric, dövlət idarələri və məktəblər işləməyəcək.

Qurucu prezident üçün ilk törən bu gün saat 10:00-da dünyasını dəyişdiyi Yaxın Doğu Universiteti xəstəxanasında keçiriləcək. saat 10:30-da Rauf Denktaşın nəşi Prezident Sarayına aparılacaq. Saat 11:00-da Prezident Sarayinin bağçasında vida törəni başlayacaq.

Bu gün saat 11:30-dan sabah saat 09:00-dək Prezident Sarayında sayğı keçidi olacaq. Bu əsnada Təziyə Dəftəri imzalanacaq.

Sabah saat 10:00-da mərhum liderin nəşi top arabası ilə Səlimiyyə Məscidinə aparılacaq. Cənazə namazının qılınmasından sonra saat 12:45-də Girnə qapısına hərəkət başlayacaq, saat 14:30-da isə Cümhuriyyət Parkında törən keçiriləcək. Rauf Denktaşın nəşi sabah saat 15:00-da dəfn ediləcək.

OXŞAR XƏBƏRLƏR