Rauf Mərdiyev ittihamlara cavab verdi: 'Məhkəməyə verəcəyik'
GƏNCLİK
17:30 11.03.2013
2774
“Son baş verən olaylar fonunda müxalifətin qarayaxma kampaniyası özünü çox gözlətmədi və gecə saat 01:44-də "sensasion xəbər" yaymaq qərarına gəldilər.”Bu sözləri AZXEBER.COM-a açıqlamasında İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev deyib.Rauf Mərdiyev dünən “Nida” üzvlərinin onun haqqında yaydığı əsassız xəbərlərə münasibət bildirib:“Yayılmış son məlumat bir təxribatdı və bunun heç bir əsası yoxdur. Biz bu yazılmış xəbərin araşdırılması üçün məhkəməyə müraciət edəcəyik. Qeyd edim ki, sayt rəhbərliyi nə xəbəri yayarkan, nə də sonra bizim münasibətimizi öyrənməyə çalışmayıb. Bu da bir daha bu məsələnin təxribat olduğunu sübut edir. Biz məhkəmədə bunun yalan və böhtan olduğunu sübut edəcəyik. Bir məsələni də qeyd edim ki, adı çəkilən adam Yusif Nəbibəyli nəyin ki layihədə iştirakçısı olmayıb, ümumiyyətlə İRƏLİ-nin belə ad və soyadda üzvü yoxdur.”