AZXEBER.COM “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevlə müsahibəsini təqdim edir:
- Bakıda İnternet Forumu öncəsi “Google” şirkətinin təşəbbüsü ilə görüş keçirildi. İstərdik ki, bu görüş barədə məlumat verəsiniz.- 5 noyabr tarixində “Google” təşkilatçılığı ilə Bakıda Big Tent, yəni Böyük Çadır adlı tədbir keçirildi. Big Tent dünyanın nəhəngi olan Google şirkətinin təşəbbüsü ilə həyata keçirilən konfransdır.Burada məqsəd internet istifadəçiləri qarşısında duran sual və qlobal məsələlərin müzakirəsidir. Konfransın adına uyğun olaraq, müxtəlif profilli və müxtəlif baxışlı insanları bir çətir və ya çadır altında toplaşaraq fikirlər bölüşür, müzakirələr aparırlar.İndiyə kimi dünyanın müxtəlif yerlərində 10-dan artıq Big Tent toplantısı keçirilib. - Bu görüşlərdə adətən hansı məsələlər müzakirə olunur?- Big Tent-də texnologiyalar və cəmiyyətlə bağlı ən müxtəlif mövzular müzakirə olunur. Bunlar arasında informasiya təhlükəsizliyi, online fəaliyyət və onun tənzimlənməsi, internetdə ifadə azadlıqları, eləcə də iqtisadiyyat, mədəniyyət və s. qeyd etmək olar. Bakıda keçirilən tədbir əsasən İnternet idarəçiliyi və internet azadlığı üzərində qurulmuşdu və iki hissədən ibarət idi.Birinci hissədə “İnternetin atası” sayılan Vint Serf bu gün internetin idarə olunması ilə bağlı ölkələr qaşısında duran suallarla bağlı danışdı və sualları cavablandırdı.İkinci hissə isə bir növ V.Serfin danışdıqlarının reallıqda, bizim halda Azərbaycan misalında müzakirəsi idi. Britaniyalı jurnalist Con Kampfner tərəfindən idarə olunan debatda iki nəfər, müxaliffikirli bloqqer Əli Novruzov və mən iştirak edirdim.- Ümumiyyətlə Sizin bu tədbirdə iştirakınız necə mümkün oldu?- Təklifi email vasitəsilə aldım. “Google”-dan 5 noyabrda Bakıda keçirilməsi planlaşdırılan tədbir barədə məlumat verir və orada müzakirələrdə iştiraka dəvət edirdilər. Mənim bu formatda olan layihələrə böyük marağım var.Əvvəllər TED, Pecha Kucha formatlı layihələrdə spiker kimi iştirak etmişəm. O səbəbdən təklifi qəbul etdim. Amma son günlərə qədər Bakıdakı tədbirin detalları barədə dəqiq məlumatım yox idi.- Nə üçün məhz Siz dəvət olunmuşdunuz?- Bunu yalnız təxmin edə bilərəm. Hal-hazırda İrəli Azərbaycanda İnformasiya texnologiyalarından ən effektiv istifadə edən gənclər təşkilatıdır. Fəaliyyətimizi maksimallaşdırmaq üçün bütün mümkün sosial şəbəkə və internet resurslarında səmərəli şəkildə istifadə edirik.Ötən müddətdə 20-dən artıq online resurs istifadəyə vermişik. Sosial şəbəkələrdə İrəlinin əhatə dairəsi 100 000 nəfərdən çoxdur. Eyni zamanda indi adi kimi qəbul etdiyimiz bir çox sahənin pionerləri olmuşuq. Yalnız bir faktı qeyd etmək istərdim, ölkədə ilk bloqqinq təlimləri İrəli tərəfindən keçirilib.Eyni zamanda mən özüm də 2007-ci ildən bloq yazıram. Fikrimcə informasiya texnologiyaları sahəsində və sosial sahədə fəaliyyət və uğurlarımızın olması əsas rol oynayıb. - Müzakirələrə qayıdaq. Əsasən nəyi müzakirə etdiniz? - Əsas müzakirələr Azərbaycanda internetdən istifadə və özünüifadə imkanları ətrafında aparıldı.
Bilirdim ki, istər zalda toplaşan, istərsə də sonradan bu debatı internetdə izləyəcək insanların Azərbaycan internet azadlığı il bağlı məhdud məlumatları var və onlara reallığı əks etdirən məlumatları çatdırmaq önəmlidir.Müzakirələrdə iştirak edən bir sıra şəxslər ciddi-cəhdlə orada olan xarici qonaqları inandırmağa çalışırdılar ki, Azərbaycanda İnternetdən istifadə imkanları məhduddur.Guya, Azərbaycanda kimlərsə sosial şəbəkələrdə söylədiyi fikirlərə görə təqiblərə məruz qalırlar. Mən bu insanların bu cəhdlərinə qarşı əsaslı və konkret arqumentlərlə çıxış edib, Azərbaycanda internetin azad olduğunu sübut edən fakt, rəqəm və statistikanı ortaya qoydum.Çoxları üçün Azərbaycanda əhalinin 65 %-nini İnternet istifadəçisi olması və bütün mobil operatorlar sosial-şəbəkələrdən pulsuz istifadə imkanı yaratması faktı gözlənilməz oldu. Bütün faktlar bu fikrə gətirir ki, hakimiyyət vətəndaşlarının internet azadlığının təmin olunmasında ən maraqıl tərəfdir. - Sizin fikrinizcə İnternet azadlığını ifadə edən məsələlər hansılardır?- Fikrimcə, İnternet azadlığını ilk göstəricisi İnternetə qoşulma və onlayn resurslara vətəndaşların sərbəst çıxış imkanları olmasıdır.Tam əminliklə deyə bilərik ki, Azərbaycanda vətəndaşların internetə sərbəst qoşulma və internetdən sərbəst istifadə etmə imkanlarını ən yüksək səviyyədədir. İstənilən Azərbaycan vətəndaşı ölkənin hansı nöqtəsindən asılı olmayaraq internetə sərbəst qoşula bilər.Azərbaycanda indiyə qədər heç bir sosial şəbəkə, internet saytı, onlayn resursa giriş məhdudlaşdırılmayıb və cənab Prezidentin çıxışlarındanda dəfələrlə qeyd edib ki, İnternetə azad çıxış Azərbaycan hökümətinin maraqlarındadır.Eyni zamanda Azərbaycan höküməti bu gün azad interneti korrupsiya və başqa neqativ hallarla mübarizədə ən effektiv vasitə kimi görür. Buna misal olaraq elektron hökümətin qurulmasını göstərmək olar.İntenret azadlığının ikinci göstəricisi isə insanların internet məkanında azad və sərbəst fəaliyyətidir. Bu istiqamətdə də Azərbaycanın nəzərəçarpacaq uğurları var.- Misal çəkə bilərsinizmi?- Əlbəttə. Misal üçün, Facebook-da Azərbaycan istifadəçilərinin sayı sürətlə artaraq 1 milyona yaxınlaşır. Ölkədə minlərlə bloqqer öz fikir və baxışlarını sərbəst şəkildə bölüşürlər.Hal-hazırda Azərbaycanda 20 online televiziya, 50-ə yaxın internet radio fəaliyyət göstərir və onların sayı artmaqda davam edir. Həm də online televiziya və radionun fəaliyəti üçün heç bir lisenziya tələb edilmir.İnternet azadlığının olmamasından danışan müxalif fikirli qruplarda internetdən sərbəst şəkildə öz fəaliyyətlərinin təşkili və təbliği üçün istifadə edirlər. Amma bir çox hallarda həmin qrupların fəaliyyəti elə internetdə mövcud olur və kənara çıxmır.- Debatın yekununu necə qiymətləndirirsiniz?- Bu cür fikir mübadilələrinin olması vacibdir. Müzakirələr əsnasında AGAT sədri Gülsel Səfərova və ASAİF baş katibi Vüsal Qurbanovun mövqe ortaya qoymalarını alqışlayıram. Xoşuma gələn isə moderatorun neytrallığını sona kimi qoruması idi.Opponentimin mənimlə razılaşdığı və kəskin fikir ayrılıqlarının olduğu məqamlar olsa yəqin ki, o da mənimlə razılaşar ki, bizim məqsədlərimizə doğru gediləsi uzun yolumuz var, amma bu iradə və əzimkarlıqla biz mütləq həmin məqsədlərə çatacağıq.