Rauf Mərdiyevdən Xədicə İsmayılla bağlı sərt - KÖŞƏ

Rauf Mərdiyevdən Xədicə İsmayılla bağlı sərt - KÖŞƏ
Bütün Xəbərlər
20:13 12.01.2013
2270

Rauf MərdiyevHazırda bütün ölkənin, ən azından sosial şəbəkə istifadəçisi olan kəsimin gündəmində olan əsgər Ceyhun Qubadovun ölümüdür.

Artıq üç gündür ki, insanlar sosial şəbəkələrdə bu məsələni müzakirə edir, müxtəlif fikirlər səsləndirirlər.Birmənalı olan və müzakirə predmeti olmayan isə hadisənin səbəbinin araşdırılması, günahkarların cəzalandırılması və gələcəkdə belə halların baş verməsinin qarşısının alınmasıdır.Dünən baş verənlər isə hökumətin baş vermiş olayın araşdırılması və günahkarların cəzalandırılmasında nə qədər qətiyyətli olacağını ortaya qoydu. Mərhum əsgərin anası Samirə Qubadova Müdafiə Nazirliyi və Respublika Prokurorluğunun ən yüksək rütbəli nümayəndələri tərəfindən qəbul edildi, ona hadisənin tez bir zamanda araşdırılıb, günahkarların cəzalandırılacağı barədə vəd verilib. Bu vədlərin icrası özünü çox gözlətmədi. Hadisənin baş verdiyi qoşun birləşmələrinin 2 qulluqçusu həbs edildi, bir neçəsi isə cəzalandırıldı və ya tutduqları vəzifədən azad edildi.Bu qətiyyətli addımlar aidiyyatı qurumların məsələni nə dərəcədə ciddi qəbul etmələrinin göstəricisidir və mən inanıram ki, qeyri-döyüş şəraitində əsgər ölümlərinin qarşısının alınması ilə bağlı görülən işlər öz müsbət nəticəsini verəcəkdir.Hadisələrin bu gedişatı sosial şəbəkə əhlinin böyük qisminin narahatçılığını ortadan qaldırdı. Mərhum əsgərin anası Samirə Qubadova da xalqa müraciətində onun kədərini bölüşən hər kəsə təşəkkürünü bildirdi və qeyd etdi ki, “mənə və ailəmə dövlətimin dəstəyi yetərlidir”. Eyni zamanda əlavə etdi ki, oğlunun ölümünü ətrafında qalmaqal yaradılmasın, hansısa aksiyalar keçirilməsin.Samirə Qubadovanın bu fikirləri, bəzi insanlara gözünün yaşı qurumamış ananı “oğlunun meyiti üzərindən bazarlıq edən” adlandırmağa kifayət etdi.Bəs kimdir bu adamlar?Əslində onları çox gözəl tanıyırsınız.Bu adamlar həmin insanlardır ki, Macarıstan məhkəməsi Azərbaycan Ordusunun zabiti Ramil Səfərova ömürlük həbs cəzası verəndə iqtidarı zabitinə sahib çıxa bilməməkdə ittiham etdi. Ötən il cənab Prezident öz ordusunun zabitinə sahib çıxıb onu geri qaytarılmasını təmin edəndə isə eyni insanlar bu dəfə “cinayətkar” və “cani” adlandırdı, olmazın tənqid və təhqirlərə məruz qoydu.Bir məqamı da qeyd edim ki, onların bu yanaşması erməni təşkilatlarının yanaşmasında o qədər də fərqlənmirdi.Bu həmin insanların Azərbaycan zabitinə münasibətinə dair kiçik bir misal idi.İndi övladını itirmiş analarla bağlı.Ötən il cəbhə xəttində erməni snayperləri tərəfindən qətlə yetirilmiş azyaşlı Fariz Bədəlov və bir müddət sonra yenə cəbhə xəttində erməni terrorunun qurbanı olmuş 13 yaşlı Aygünün valideynləri də gözüyaşlı idilər. Onlar da ədalət üçün yardım istədilər, səslərinin eşidilməsini istədilər. Amma, çox təəssüflər olsun, beynəlxalq insan hüquqları təşkilatları ilə yaxın əlaqələrinin olması ilə öyünən bu insanlar nəinki həmin valideynlərə kömək etmədilər, heç onların səslərini belə eşitmək istəmədilər. Erməni terrorunun qurbanı olmuş Fariz və Aygünə ədalət kampaniyası başlatdıq, bu insanlardan dəstək istədik və gözlədiyim kimi heç bir dəstək verilmədi.Çünki bu insanlar üçün düşmən erməni terrorçuları deyil, bu insanlar üçün düşmən – indiki hakimiyyət və onu dəstəkləyən hər kəsdir.Dünən isə özünü jurnalist adlandıran Xədicə İsmayılın hadisəylə bağlı verdiyi şərh bu insanların məsələyə yanaşmalarını bütün çılpaqlığı ilə gözlər önünə sərib. Övladını itirmiş ana haqqında iki gün öncə “onun fəryadını eşidin, səsinə səs verin” deyən bu adam, Samirə Qubadovanın son çıxışından sonra onu təhqir edərək “oğlunun meyiti üzərindən bazarlıq edən” adlandırıb.Əslində əsgər anasının dramı üzərində oyun qurub, bundan öz siyasi məqsədləri üçün istifadə etmək istəyən insanın planları pozulmuşdu və bu reaksiya başadüşüləndir.Bütün qeyd olunan məqamları bir araya toplayanda nəzərimizdə çox çirkin bir mənzərə canlanır. İnandıqları dəyərləri olmayan, əqidə yoxsulları, özləri və başqalarına hörmət etməyən “demokrat”lar növbəti dəfə özlərinin əsl simalarını ortaya qoydular. Onlar üçün nə Vətən, nə millət, nə əsgər, nə də gözüyaşlı əsgər anası önəmli deyil, onlar üçün önəmli olan hakimiyyətə qarşı istifadə edə biləcəkləri hadisələrin olmasıdır. Bəlkə də qəlblərinin daxilində belə hadisələrə sevinir, onların daha çox olmasını arzulayırlar.Amma yaxşı ki, bu cür insanları ifşa etməyə belə ehtiyac qalmayıb. Artıq cəmiyyət kimin-kim olduğunu və nə üçün çalışdığını çox gözəl bilir. Dünəndən etibarən Twitterdə başladılmış və çox sayda sosial şəbəkə fəalının qoşulduğu #Khadijautan! kampaniyası bu insanlara qarşı ictimai qınağın sübutudur.Qoy Xadicə İsmayılın simasında bütün əsgər cəsədi üzərindən siyasət aparmaq istəyənlər utansınlar!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub