Rauf Mirqədirovun apelyasiya məhkəməsi başladı - FOTOLAR

Rauf Mirqədirovun apelyasiya məhkəməsi başladı - FOTOLAR
Bütün Xəbərlər
15:27 25.04.2014
1009
“Ayna-Zerkalo” qəzetinin əməkdaşının həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılır
Bakı Apellyasiya Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb. Bu barədə ANS PRESS-ə "Ayna-Zerkalo" qəzetinin siyasi icmalçısı, dövlətə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib. O, bildirib ki, apellyasiya məhkəməsi başa çatdıqdan sonra mətbuata ətraflı məlumat veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Fuad Ağayev Rauf Mirqədirovun qanunsuz həbs olunmasını əsas gətirərək apellyasiya şikayəti vermişdi.
Xatırladaq ki, Türkiyədən Azərbaycana deportasiya olunan R.Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
R.Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.
OXŞAR XƏBƏRLƏR