Rauf Mirqədirovun məhkəməsi qapalı keçirilir

Rauf Mirqədirovun məhkəməsi qapalı keçirilir
Bütün Xəbərlər
13:23 18.11.2015
798
Bakı Ağır Cinayətlər Məhkəməsində «Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəməsi başlayıb.
Məhkəmə prosesi qapalı keçirilir.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.
O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.
Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb. Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həbs müddəti bir neçə dəfə uzadılıb.(Azadliq.org)
OXŞAR XƏBƏRLƏR