Ali Məhkəmədə jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu barədə vəkil Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Qərara əsasən, jurnalistə 5 il sınaq müddəti olmaqla şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra R.Mirqədirov ölkəni tərk edib.