Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA

Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA
SOSİAL
13:17 16.12.2020
777
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin bəzi ərazilərində internet verilişinin dayandırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Günel Gözəlova AZXEBER.COM-a açıqlamasında yayılan məlumatları nazirliyə qarşı təxribat adlandırıb: "Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya 16 dekabr saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb. Məlumat Nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Qeyd edək ki, 27 sentyabr tarixində Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanunamüvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu