Rayonlarda yağış yağacaq – HAVA PROQNOZU

Rayonlarda yağış yağacaq – HAVA PROQNOZU
Bütün Xəbərlər
13:10 14.10.2015
907
Şərq küləyi əsəcək.
Oktyabrın 15-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin olacağı gözlənilir, bəzi yerlərdə arabir yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 15-də arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR