Razi Əliyeva həyat yoldaşı və evliliyindən danışdı

Razi Əliyeva həyat yoldaşı və evliliyindən danışdı
MAQAZİN
22:57 11.01.2024
515
Ötən ilin sonu evlənməsi ilə yenidən gündəmə gələn "Miss Azərbaycan 2017” Razi Əliyeva həyat yoldaşı ilə bağlı sualları cavablandırıb.

OLAY yazır ki, Razi bildirib ki, Nicatla 16 yaşında tanış olub:

"16 yaşımızda Riyaziyyat fənni üzrə hazırlıqda tanış olmuşuq, məni ilk baxışdan sevib”.

O, "Necə oldu ki, sizi illərdir sevən adama "hə” demək qərarına gəldiniz sualına isə belə cavab verib:

"Ağlım başıma gəldi. Uşaqlıqda çox şeyi dərk etmirdim, ciddiyə almırdım. Amma zaman mənə çox şeyi öyrətdi və göstərdi. Qismət bu günə imiş...”.

"Hər yatanda və oyananda Allaha, bu günümə şükür edirəm. 1 il öncə bu cür sakit, hüzurlu həyatı ancaq arzu edə bilərdim. İndi əlbəttə ki, xoşbəxtəm!”, - deyə, Razi bildirib.

Model "Yoldaşınızdan çox rəfiqələrinizlə çox vaxt keçirirsiniz elə bil, yoxsa, bizə elə gəlir” sualını belə cavablandırıb:

"Əgər normal insanlar ailə qurandan sonra bir-birinə super yapışqanla yapışıb, 24/7 bir yerdə olub, özlərini kameraya çəkirsə, deməli, biz anormal insanlarıq. Mənim yoldaşım model, aktyor, bloger deyil, heç normal instaqram səhifəsi də yoxdur. Elə şeyləri xoşlamır. Millət yazıqdan nə istəyir, başa düşə bilmirəm. Hoppanıb düşməli idi? 10-cu dəfə ailə qurmur ki... Əgər mən də öz xassiyyətimlə həyəcanlı idimsə, təsəvvür edin, o, necə idi...”.

Razi söyləyib ki, toyları yay aylarına kimi olacaq:

"Uşaq da düşünürük, amma imkan verin toyu edək, sonra...”

 "Bir şeyi başa düşmürsünüz ki, hər kəs kameraya düşmək arzusu ilə yaşamır”, - deyə, Razi "Toyda bəyin dostları niyə yox idi” sualını cavablandırıb.

"Zamanı geri qaytara bilsəydiniz, ona vaxtında "hə” deyərdiniz? Bunun peşmanlığını yaşamısınız” sualına isə Razi belə cavab verib:

"Bir ara yaşadım, bu mövzu haqqında onunla çox danışmışıq. Amma qərara gəldik ki, hər şeyin bir zamanı var. Təbii ki, onunla uşaqlıqdan birlikdə olsaydım, yaşadıqlarımı yaşamazdım. Bəlkə də 18 yaşımızda evlənsəydik, evliliyimiz uğurlu olmazdı, qədrini bilməzdik, mübahisələrin öhdəsindən gələ bilməzdik. Köhnə uşaqlıq yazışmalarımızın hamısını saxlayıb. Mənə göstərəndə gülməkdən ölürəm. Yəni, o ağılla hansı evlilikdən danışmaq olardı?”.

Əliyeva həyat yoldaşı ilə eyni yaşlarda olduğunu söyləyib. O bildirib ki, bəyinin 28, özünün 27 yaşı var.

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nikah bağlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
18:12 21.10.2026
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
17:49 21.10.2026
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
17:48 21.10.2026
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İki marşrutun hərəkət sxemi dəyişdirildi
17:38 21.10.2026
İki marşrutun hərəkət sxemi dəyişdirildi
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
17:33 21.10.2026
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
16:17 21.10.2026
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
16:04 21.10.2026
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub