Razi Nurullayev AXCP-də Əli Kərimliyə alternativ görmür

Razi Nurullayev AXCP-də Əli Kərimliyə alternativ görmür
Bütün Xəbərlər
12:35 21.10.2011
1130
Razi Nurullayev: "İstənilən halda ideyalar, resurslar tükənə bilər, hətta insanların bu və digər siyasətçiləri görməkdən gözləri də yorula bilər". "Partiyamızda rəhbər dəyişikliyinin olacağı və ya yeni sədrin seçilməsinə az qaldığını deyənlərin hansı məntiqdən çıxış etdiklərini anlamıram. Çünki mənsub olduğum təşkilatda belə istəklərdə olan insan gözə dəymir".Bunu Milli.Az xəbər portalına açıqlamasında AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev deyib. O, AXCP-nin sədri Əli Kərimlinin sədrlik postundan kənarlaşmaq istəyi və partiya sıralarında bu posta iddialı adamların mövcudluğu ilə bağlı yayılmış xəbərləri absurd sayır."Hal-hazırda partiyamızda sədr dəyişikliyi məsələsi müzakirə olunmur. Doğrusu, özünü sədrliyə iddialı sayan adama nə rast gəlmişəm, nə də bu adam barədə eşitməmişəm. Nizamnaməyə görə, Xalq Cəbhəsi Partiyasının sədri qurultayda dəyişə bilər və sədr də qurultaydan qurultaya seçilir. İddialı şəxs qurultay iştirakçılarının əksəriyyətinin səsini toplayarsa, təbii ki, sədr seçilər. Amma sədrliyə iddia ilə bağlı müraciətlər olmayıb, partiyamızda da belə funksioner yoxdur", - R.Nurullayev dedi.AXCP sədrinin müavininin sözlərinə görə, özlərini mərkəzi müxalifət və milli-demokratik qüvvələr adlandıran şəxslərin "Azərbaycanda ənənəvi müxalifətin liderlərinin populyarlığı yoxdur, onların ideyaları tükənib" iddiaları da məntiqsiz təsir bağışlayır: "Mənə belə gəlir ki, istənilən halda ideyalar, resurslar tükənə bilər, hətta insanların bu və digər siyasətçiləri görməkdən gözləri də yorula bilər. Ancaq fakt faktlığında qalır: bu gün Azərbaycan müxalifətində yeni qüvvələrin ortaya çıxmaları, lider mövqe tutmaları, kütləni arxalarınca apara bilmələri üçün problem yoxdur. Hesab etmirəm ki, belə qüvvələr olarsa, onların qarşısını AXCP sədri alacaq.Zaman-zaman müstəqil siyasətçilər, gənclər, siyasətə qoşulmaq istəyənlərlə söhbətlərimdə onların bəziləri deyirlər ki, ölkədəki ənənəvi müxalifət dəyişməlidir, ənənəvi müxalifətin liderləri inkişafa imkan vermirlər və s. Bütün bunlara cavab olaraq deyirəm ki, partiyalarda hansısa funksioner inkişaf edərək liderə çevrilmək istəyirsə, onun qarşısını kimsə almır. AXC-dən kifəyət qədər şəxs çıxıb ki, onlar partiya, siyasi və ictimai təşkilatlar yaradıblar".
OXŞAR XƏBƏRLƏR