Razi Nurullayev bacısıoğlunun vəfatı haqda danışdı: 2-3 ay içində…

Razi Nurullayev bacısıoğlunun vəfatı haqda danışdı: 2-3 ay içində…
SOSİAL
17:48 03.11.2025
1238
Xəbər verdiyimiz kimi, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin köməkçisi Murad Alışov dünyasını dəyişib. Bu barədə partiyadan məlumat verilib.

Köməkçisinin vəfatı ilə bağlı AZXEBER.COM-a danışan Razi Nurullayev bildirib ki, Murad Alışov xəstəliyini bildikdən 2-3 ay sonra dünyasını dəyişib:

"O, xərçəng xəstəsi idi. Uzun sürən xəstəlik deyildi. Xəstəliyini avqust ayında bildi. Sankt-Peterburqda bir müddət müayinə olundu, daha sonra Azərbaycanda müxtəlif xəstəxanalarda müalicə aldı. Lakin həyatını xilas etmək mümkün olmadı. Xəstəliyini bildikdən təxminən 2-3 ay sonra vəfat etdi. Həm bacımoğlu, həm də köməkçim idi. Evli idi və iki oğlu var – biri kollecdə, digəri isə orta məktəbdə oxuyur. 2014-cü ildən birlikdə çalışırdıq.”

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR