Razi Nurullayev Niderland səfiri ilə görüşüb

Razi Nurullayev Niderland səfiri ilə görüşüb
Bütün Xəbərlər
14:02 18.12.2012
1022

“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev Niderlandın ölkəmizdəki səfiri Arjen Uijterlinde ilə görüşüb.

AZXEBER.COM-un xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyətinin hazırkı durumu və qarşıda duran problemlər ətrafında fikir mübadiləsi aparılıb.

R.Nurullayev səfirə Azərbaycanın Avropaya inteqrasiyası, bu yolda ölkənin önündə dayanan çətinliklər və regionda mövcud olan hazırkı  geopolitik vəziyyət haqqında ətraflı məlumat verib. O qeyd edib ki, belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin üzərinə ciddi vəzifələr düşür.

Görüşdə 2013-cü il prezident seçkiləri də müzakirə mövzusu olub. Əsasən hazırkı durum, seçkilərdə iştirak və vətəndaş cəmiyyətinin görə biləcəyi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR