Razi Nurullayev qolundan əməliyyat olunacaq

Razi Nurullayev qolundan əməliyyat olunacaq
Bütün Xəbərlər
00:21 09.01.2013
1186

Avtomobil qəzasında qolu sınan AXCP sədrinin müavini Razi Nurullayevin səhhəti qismən sabitləşib. Məlumatı “Media forum” saytına Razi Nurullayevin dostu Rufiz Qonaqov verib. Rufiz Qonaqov bildirib ki, yanvarın 8-nə təyin olunmuş cərrahiyyə əməliyyatı bu günə qalıb: “Həkimlər Razinin vəziyyətinin normallaşmasını gözlədilər. Razinin qolunda əməliyyat sabah günün birinci yarısına planlaşdırılıb”. Razi Nurullayev yanvarın 5-də Bakıda yol qəzasına uğrayıb. Onun maşını yük maşını ilə toqquşub. AXCP sədrinin müavini və həyat yoldaşı Könül Nağıyeva xəsarət alıblar. Onlar Kliniki Tibbi Mərkəzdə müalicə alırlar.

OXŞAR XƏBƏRLƏR