Razi Nurullayev Rusiyanı dəyişdirdi – KÖŞƏ

Razi Nurullayev Rusiyanı dəyişdirdi – KÖŞƏ
Bütün Xəbərlər
20:20 10.12.2011
1194

Razi Nurullayev

Rusiya dəyişəcək

AXCP sədrinin xarici əlaqələr üzrə müavini

Rusiyada keçirilən Duma seçkiləri bu ölkənin həyatında yeni bir dönəm yaradıb. Hazırda Rusiyada baş verən proseslər gələcək siyasi dəyişikliklərin müjdəçisidir. Rusiya xalqına ayılmaq və siyasi prosesləri dərindən analiz etmək üçün bir gün də bəs etdi. Seçkidən bir gün sonra, 200 nəfəri bir yerə toplaya bilməyən müxalifət 10 min adamı küçələrə çıxara bildi. Hal-hazırda, Rusiyada proseslər Tunis və Misir senarisi üzrə getməyə başlayıb. Bu o deməkdir ki, Rusiyanın sosial şəbəkələrində görünməmiş fəallıq başlayıb. Bütün ruslar bloqçu və internet müjdəçisi olmağa qədəm qoyub. Ruslar arasında siyasiləşmə elə sürətlə gedir ki, Sosialist İnqilablarının banisi Leninin inqilab uğurları Rusiyada yenidən təkrarlana bilər.

Proseslər gələn ilin martında baş tutacaq seçkilərə qədər elə vəziyyət ala bilər ki, bu da baş nazir Vladimr Putinin prezident seçkilərində asan qələbə qazanmayacağını deməyə əsas verir. Rusiyada 2007-ci ilin seçkilərində də ciddi qanun pozuntuları olmuşdu. Ancaq o zaman siyasi partiyalar müqavimət hərəkatı yaradıb saxtakarlıqlara qarşı mübarizə apara bilməmişdilər. İndi, Ərəb inqilabları ilə başlayan yeni dünya düzənində vəziyyət başqadır. Hazırda Rusiyada baş verənlərin ciddi xarakter alacağı qaçılmazdır. Çünki, küçəyə çıxmaq istəyən etirazçıların sayı günbəgün artır.

4 dekabr Duma seçkiləri göstərdi ki, rus xalqı Putinə müsbət münasibət bəsləmir. Boynumuza almalıyıq ki, Putin böyük nüfuza malik idi. Ruslar onu yeni Rusiyanın yaradıcısı kimi görürdülər. Ancaq bu seçkilər göstərdi ki, ruslar daha Putinə qarşı bu münasibəti bəsləmirlər. Ona görə də, 2012-ci ilin prezident seçkilərinin Rusiya üçün böyük təlatümlər yaşadacağını deyə bilərik. Putin asanlıqla birinci turda prezident ola bilməyəcək. Hətta, hadisələr elə cərəyan edə bilər ki, seçkiyə qədər olan hadisələr Putini prezidentlikdən məhrum etsin.

ABŞ dövlət katibi Hillari Klintonun Rusiyada keçirilən Duma seçkilərini “ədalətsiz və qeyri-şəffaf” adlandırması, doğurdan da Rusiyanın baş nazırı Putinin dediyi kimi ölkədəki siyasətçilər üçün bir “siqnal” rolunu oynadı. Düzdür, Rusiyada baş verən proseslərdə ABŞ-ın rolunun olması hələlik inandırıcı görünməsə də, Rusiyada baş verən proseslərdə “ərəb baharının” qoxusu hiss olunmaqdadır. Maraqlı hal burasındadır ki, bu cür seçkilərdən sonra Rusiya artıq Ərəb ölkələrinə, Cənub-Şərqi Asiya ölkələrinə demokratiya dərsi, xarizmatik lider olmaq, xalqın sevgisini necə qazanmaq dərsini keçə bilməyəcək. Artıq birmənalı demək olar ki, Rusiyanın beynəlxalq hadisələrə təsir imkanları zəifləyəcək. Putinin də bəyənatları əvvəlki qədər rezonans və təsir yarada bilməyəcək.

Amma, fakt faktlığında qalır ki, Rusiyada Putini hələ də ürəkdən istəyənlər və sevənlər var. Çünki, məhz, Putin Rusiyada qayda-qanun yaratmaq, ərazi bütövlüyünü təmin etmək, daxili etnik münaqişələri susdurmaq, dövlətin büdcəsini fantastik rəqəmlərə çatdırmaq, Rusiyanıın keçmiş liderliyini özünə qaytarmaq, dünyanın ən böyük səkkizlərinə düşmək və s. məsələləri həll edə bilib. Buna görə də hələ ki, o keçmiş “xidmət”lərinin kölgəsində bir müddət özünü qoruya biləcək. Amma aydındır ki, yeni dünya düzənində dəyişiklik yaratmadan əvvəlki kimi idarə etmək mümkün deyil.

Rusiya, yəni Putun iki yol ayrıcından birini seçməlidir: ya Rusiyada demokratik dəyişikliklərə cığır açaraq, Rusiyanın dəyişməsinin məsuliyyətini öz üzərinə götürmək və bununla bərabər, Rusiyanın və dünyanın sevimlisi olaraq qalmaq; ya da dirəniş göstərərək, ərəb ölkələrinin taleyini yaşamaq. Birinci variant Rusiyanın baş nazirinə M.Qorbaçov taleyini yaşada bilər. O, anlamda ki, O, dünyada gedən proseslərə nüfuz etmək şansını saxlaya bilər.

Rusiya dəyişəcək. Rusiyanın dəyişməsi MDB dövlətlərinə də demokratiya və azadlıq bəxş edəcəkdir. Hamımız gözləyirik!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi