AXCP sədrinin müavini Razi Nurullayevin həyat yoldaşı bu gün əməliyyat olunacaq.
AZXEBER.COM-un məlumatına görə, ötən gün qəzaya düşən və qolundan ciddi xəsarət alan Razi Nurullayev bu gün növbəti dəfə əməliyyat olunacaq.
AXCP sədrinin müavini “facebook” səhifəsinə bu sözləri yazıb:
“Könül xanım və öz adımdan bizə bu çətin günümüzdə dəstək olan bütün dostlara, həmkarlara, əqidədaşlara, xəstəxanaya bizi ziyarətə gələn minlərlə insanlara təşəkkürümüzü bildirirəm. Bu gün Könul xanım da əməliyyat olunur. İnşallah, hər bir kəsə ayrı-ayrılıqda təşəkkür edəcəyik. Əfsus ki, əllərim hələ yaxşı tutmadığına görə, çox təşəkkür sözləri yaza bilmədim”.