REAL-dan YAP-a cavab gəldi: “Günü bu gün, iki saat öncədən xəbər verin, gələk

REAL-dan YAP-a cavab gəldi: “Günü bu gün, iki saat öncədən xəbər verin, gələk
Bütün Xəbərlər
02:04 27.09.2011
1402
Sentyabrın 26-da Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzov partiyasının TV efirdə birbaşa siyasi debatlara açıq olduğunu bildirdi. Bu dəvətə cavab verən REAL hərəkatının həmsədri İlqar Məmmədov hərəkatın hər an və istənilən iştirak səviyyəsində canlı efirdə önəmli siyasi-iqtisadi mövzularda belə debatlara hazır olduğunu bildirdi: “Dəvətə görə təşəkkür edirik. İllərdir dünyanın aparıcı TV kanallarında, dünyanın ən tanınmış və hörmətli qəzetlərində, ən populyar radio dalğalarında çıxış edib Azərbaycan haqda sözümüzü dünyaya çatdıra bilirik. Bircə Azərbaycan TV və radioları üzümüzə bağlıdır”. İ.Məmmədov fəaliyyətinin yalnız Azərbaycanda məlumat blokadasına alındığını vurğuladı: “Necə olur ki, üç ciddi və tanınmış beynəlxalq təşkilat - Mədən Sənayesinin Gəlirlərinə Nəzarət Təşkilatı, Marshall Fondunun Qara Dəniz İşbirliyi Təşkilatı, və Avropa Siyasi Məktəblər Assosiyasiyası – Azərbaycan siyasətinə və regional münasibətlərə aid fəaliyyətimi dəyərləndirərək məni öz Şurasına seçir, məsləhətlərimi istəyir, Azərbaycan TV və radio efirindən isə mən təcrid olunuram?”
OXŞAR XƏBƏRLƏR