İspaniyanın "Real Madrid" klubu futbolçusu Antonio Blankonu icarəyə verib.
AZXEBER.COM Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsüm "Kadis"də çıxış edəcək.
İspaniyalı oyunçunun icarə müddəti 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Antonio Blanko "Real Madrid"in yetirməsidir.