"Real Madrid" tarixinin ən bahalı transferini edəcək - FOTO

"Real Madrid" tarixinin ən bahalı transferini edəcək - FOTO
İDMAN
23:48 05.08.2026
134
"Real Madrid" klubu "Leypziq"dən Yan Diomandeni 125 milyon avroya transfer edərək klub tarixinin ən bahalı keçidini reallaşdıracaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Əsas ödəniş kimi nəzərdə tutulan 125 milyon avrodan əlavə, Almaniya klubu 19 yaşlı futbolçu üçün bonuslar şəklində daha 15 milyon avro qazana bilər. Tərəflər arasında razılaşmanın tamamlanması üçün yalnız son rəsmi prosedurların həlli qalıb.

Diomande peşəkar karyerası ərzində cəmi 46 oyun keçirib. O, bir il əvvəl İspaniyanın ikinci divizionunda "Leqanes"in şərəfini qoruyurdu və həmin vaxt transfer dəyəri 600 min avro təşkil edirdi.

 


OXŞAR XƏBƏRLƏR