"Real Madrid" yenə coşdu 6:2 (VİDEO)

İDMAN
11:28 18.12.2011
2035
Madridin “Real” klubu İspaniya çempionatının 17-ci turu çərçivəsində səfərdə “Sevilya”nı darmadağın edib.Joxe Mourinyunun komandası rəqib qapısına altı qol vurub, “Sevilya” isə bunlardan yalnız ikisinə cavab verə bilib. “Real”ın heyətində Kriştianu Ronaldu üç dəfə (10-cu, 41-ci və 81-ci (penalti) dəqiqələr), Xose Kalyexon (37-ci dəqiqə), Anjel di Mariya (66-cı dəqiqə) və Həmid Altıntop (89-cu dəqiqə) isə hərəyə bir dəfə fərqləniblər. “Sevilya”nın təsəli qollarını Xesu Navas (69-cu dəqiqə) və Alvaro Neqredo (90+2) vurub.Qarşılaşmada hakim iki dəfə qırmızı vərəqə göstərib. 44-cü dəqiqədə “Real”ın müdafiəçisii Pepe, 74-cü dəqiqədə isə meydan saşiblərinin hücumçusu Manu meydandan qovulub. “Real” 17 turdakı 13-cü qələbəsindən sonra 40 xal toplayıb və turnir cədvəlinin birinci pilləsindədir. Günün bütün qarşılaşmalarının nəticələri:“Sevilya”-“Real” 2:6 “Malyorka” - “Hetafe” 1:2“Sportinq” - “Espanyol” 1:2“Atletik” - “Saraqosa” - 2:1.

OXŞAR XƏBƏRLƏR