"Real Madrid" Arda Güleri mediadan "təcrid” edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ardıcıl 3 dəfə zədələnən və bu günə qədər "Real Madrid"də oynaya bilməyən Arda Güləri qorumaq üçün klub hərəkətə keçib.
Arda Güləri tamamilə sağaltmağa fokuslanan ispan nəhəngi bəzi radikal qərarlar verib.
Belə ki, sağalma və çətin bir dövrdən keçən Arda Güləri yenidən futbola qaytarmaq istəyən "Real Madrid" heç bir şeyin onu narahat etməməsi üçün xüsusilə Türkiyə mətbuatına qarşı bəzi tədbirlər görüb.
Klub Arda Güleri media təzyiqindən təcrid etmək üçün türk mətbuatına qadağa qoyub. Bununla yanaşı futbolçunun İspaniya mətbuatından gizlədilməsi də qərara alınıb.
Buna görə də klub Türkiyə mətbuatından gələn istəklərin əksəriyyətini rədd edib.
Buna görə də Arda bir müddət mediada görünməyəcək.
Gülay