"Real Madrid"dən "Valensiya"ya üç cavabsız qol

"Real Madrid"dən "Valensiya"ya üç cavabsız qol
İDMAN
04:58 08.11.2026
88
İspaniya La Liqasının 12-ci turunda "Real Madrid" səfərdə "Valensiya" ilə qarşılaşıb.

"Mestalya" stadionunda keçirilən görüş "kral klubu"nun böyükhesablı qələbəsi ilə başa çatıb - 0:3.
 
Matçın 28-ci dəqiqəsində "Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde hesabı açıb. 36-cı dəqiqədə Arda Güler fərqi artırıb. Komandanın hücumçusu Kilian Mbappe isə 75-ci dəqiqədə üçüncü qolu vurub.

Bu qələbədən sonra "Real Madrid" 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Valensiya" isə doqquz xalla 19-cu yerdədir.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR