"Real" qisas arzusunda, PSJ-nin "Mançester Siti" səfəri

İDMAN
01:48 12.04.2016
1485

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsində cavab görüşləri start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə baş tutacaq 2 qarşılaşmadan sonrailk yarımfinalçılar müəyyənləşəcək.

Fransada PSJ ilə qollu heç-heçə edən "Mançester Siti" evdə qol buraxmasa belə ÇL-də yoluna davam edəcək.

Loran Blanın yetirmələri isə Mançesterdə ən azı 2 qol vurmaq məcburiyyətindədi. Paris klubunu vuracağı 1 qol belə qane edə bilər. Bunun üçün PSJ minimal hesbala qlaib gəlməlidi. PSJ tur adlamaq istəyirsə ən pis halda 2:2 hesabından daha qollu bərabərliyə nail olmalıdı.

Almaniyada "Volfsburq"a cavabsız qollarla (0:2) məğlub olan "Real" ən azı eyni hesabla evə qalib gəlməlidi. "Kral" klubu yarımfinala yüksəlmək üçün 3 toplu fərqlə qalib gəlmək məcburiyyətindədi.

12 aprel

Çempionlar Liqası, 1/4 final

22:45. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)

Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero

Əlavə köməkçi hakimlər: Jesus Gil Manzano, Karlos del Kerro (hamısı İspaniya)

İlk oyun – 2:2

22:45. “Real” (İspaniya) – “Volfsburq” (Almaniya)

Hakimlər: Viktor Kaşşai, Qyorqi Rinq, Vensel Tot, İstvan Albert

Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macasıtan)

İlk oyun - 0:2

OXŞAR XƏBƏRLƏR