Real təhlükə - yeni ucqun sahələri yarandı

Real təhlükə - yeni ucqun sahələri yarandı
SOSİAL
14:32 01.04.2016
1953
Azərbaycanın bəzi sürüşmə sahələri yenidən aktivləşib, bəzi ərazilərdə isə hətta yeni ucqun sahələri yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə deyib ki, mart ayı ərzində Bakıda Bayıl, Badamdar, Əhmədli, Əhmədli-Günəşli, Nərimanov dairəsi sürüşmə sahələrində stabillik davam edir: "Bakı-Sumqayıt magistral yolunun 1-ci km-ində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması nəticəsində prosesin dinamikası üzərində monitorinq işləri müvəqqəti olaraq dayandırılıb".
Ə.Piriyev qeyd edib ki, martda Bakıda Zığ, Masazır sürüşmə sahələrindəki mövcud çatlarda 2-3 sm genişlənmə və sürüşmə kütləsinin hərəkəti müşahidə edilib: "Binəqədi 1-ci mədən yaşayış sahəsində, Maştağa, Zabrat, Şuşa şəhərciyi sahəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib".
Ə.Piriyev əlavə edib ki, ötən ay Astara rayonunun sürüşmə Kijəbə, Burcubənd sürüşmə sahələrində aktivləşmə baş verib: "Lerik rayonunun Lənkəran-Lerik yolunun 17-19, 27-29, 45-47 km-liyində yağıntının təsirindən uçqun-töküntü hadisələri baş verib. Lənkəran rayonunda Horavenç, Gəgiran sürüşmə sahələrində aktivləşmə qeydə alınıb. Rayonun Gəgiran sürüşmə sahəsi hətta genişlənərək 60-65 metr olub.
Nazirlik rəsmisinin sözlərinə görə, Quba rayonunun Quba-Xınalıq yolunun 37-46-cı km-liyində sürüşmə sahəsində nisbi stabilliyin davam etməsinə baxmayaraq, yolun 37-40-km-liyində kiçik ölçülü yeni uçqun sahələri əmələ gəlib.
Şamaxı rayonunun Bakı-Şamaxı yolunun 106-111 km-liyində, Bakı-Ağsu yolunun 132-156-km-liyində sürüşmənin dinamikasında fəallaşma daha çox müşahidə edilib: "Çatlarda sürüşmə kütləsinin üzərində 5 sm-dək genişlənmələr baş verib, hətta yeni çatlar əmələ gəlib. Bəzi ərazilərdə uçqun-töküntü hadisələri də qeydə alınıb".
Ə.Piriyev deyib ki, Şamaxıda Qaravəlli, Muğanlı sürüşmə sahələrində də qismən fəallaşmaya təsadüf olunur: "Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24, 27-29 km-liyində müvafiq çatlarda genişlənmə nəzərə çarpır. Yolun 23-24 km-liyində sürüşmə kütləsində 3 mm-ə qədər hərəkət müşahidə edilib. Respublikanın digər ərazilərində isə nisbi stabillik davam etməkdədir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?