İnsanlara yalan üfürən "Youtube" kanalları - Mirşahin bütün gizlinləri açdı (VİDEO)

İnsanlara yalan üfürən "Youtube" kanalları - Mirşahin bütün gizlinləri açdı (VİDEO)
MEDIA
18:44 30.05.2022
1262
"Youtube" kanallarının əksəriyyəti faktiki olaraq mütəşəkkil fəaliyyət göstərən dəstənin iradəsi və idarəsi altında cəmiyyəti, dövlət strukturlarını xof və xəraca vadar etmək yolunu tutub. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Real TV-də yayımlanan "Mir Şahinin vaxtı" proqramının aparıcısı, tanınmış telejurnalist Mirşahin Ağayev səsləndirib.

O, bildirib ki, müstəqilliyimizi qorumaq hər birimizə aid məsələdir:

"Bir yandan Rusiya prezidenti Azərbaycan prezidentini Müstəqillik Günü münasibətilə təbrik edir, başqa tərəfdən isə Rusiyanın rəsmi kanalı separatçı rejimi təbrik etməyə getmiş bir erməni olmayan Dağlıq Qarabağın nümayəndəsi tək təqdim edir. Hanı həmin "Youtube" kanallarında belə mövzuların müzakirəsi. Bəs əvəzində özləri demişkən "nə dartışılır?" Polis ona zor tətbiq elədi, bunu soyundurmaqla hədələdi, "tok" verdi, döydü. Hətta həbsdən təzə çıxmış şəxs də ona verilmiş köhnə işgəncələrdən danışır" - deyə Mirşahin qeyd edir.

Onun fikrincə, əslində, polis ətrafında, bütün güc strukturları ətrafında qəsdən belə fon yaradılır:

"Qəsdən belə fon yaradılır ki, asayişə cavabdeh olanlar daim pressinq altında olsunlar. Necə deyərlər, gözlərinin odunu alsınalr onların. Əvəzində bax belə faktlar yaddan çıxsın. Məsələn, ""Azəriqaz"ın əməkdaşı öz xidməti vəzifəsini yerinı yetirərkən, istehlakçı onu döyüb". Hansı mövzu qabardılır? Guya "Azəriqaz"ın özündə araşdırmalar aparılır.

Baş nazirin müavini İran İslam Respublikasına gedir, ciddi nəticələrlə dönür. Hər iki tərəf razıdır - İran da, Azərbaycan da. Zəngəzur dəhlizinin cənub qolu ilə bağlı yüksək ovqat yaşadığımız bir vaxtda kimsə İran əleyhinə qərəzli bir təhrif yazır və tirajlayır. Niyə? Kimin marağındadır bu? Axı gerçək priotetlər var. Ən mühümü isə Qələbəmizdir, bu barədə hər gün, hər dəqiqə danışılmalıdır".
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?