Yay düşərgəsində aldığı zədə səbəbindən "Real Madrid"dən ayrılan türkiyəlu ulduz futbolçu Arda Gülər "Real Betis"dən təklif alıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, klubun təklifini kral klubu rədd edib.
Zədədən sonra "Real Madrid"in rəsmi internet saytından edilən açıqlamada "Oyunçumuz Arda Gülər bu gün Sağlamlıq Xidmətinin nəzarətində sağ dizindən artroskopik əməliyyat keçirib. Gülərin sağalma prosesi yaxın günlərdə başlayacaq". - deyilib.
Arda Gülər aylar sonra sosial media hesabından yeni paylaşım edib. Kadrlarda Gülərin meydançaya daha güclü qayıtmaq üçün idman qurğusunda işə başladığı görülüb. Gülərin bu paylaşımı sosial şəbəkədə izləyicilərini sevindirib.
Tarix hələ dəqiqləşməsə də, sentyabrın 24 və ya 25-də oynanması gözlənilən "Atletiko Madrid" matçında Arda Gülerin meydana çıxacağı güman edilir.
Qeyd edək ki, bu mövsüm hücum xəttinə istədiyi transferləri edə bilməyən "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin göstərişi ilə Arda Gülərin ayrılmasına icazə vermir.
Mikayıl