"Real"da ciddi itki

"Real"da ciddi itki
İDMAN
14:02 23.02.2017
1241

"Real"ın müdafiəçisi Rafael Varan sıradan çıxıb.

Fransalı futbolçu "Valensiya"ya qarşı La Liqanın XVI turundan təxirə salınmış görüşdə ayağından xəsarət alıb.

Qarşılaşmanın 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən 23 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. İlkin tibbi müayinədən sonra onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Ancaq Varan daha bir dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək.

Qeyd edək ki, "Valensiya"ya 1:2 hesablı məğlubiyyətə baxmayaraq, "Real" liderliyini qoruyub.

///apasport.az

OXŞAR XƏBƏRLƏR