"Real"ın futbolçusu yayda Messi ilə komanda yoldaşı ola bilər

İDMAN
18:59 17.04.2024
176
İspaniyanın "Real" klubunun futbolçusu Naço Fernandes karyerasını ABŞ-də davam etdirə bilər.

34 yaşlı müdafiəçi ilə argentinalı dünya çempionu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" maraqlanır.

İspaniyalı oyunçu yayda azad agent kimi bu komandaya keçə bilər. Onun Madrid klubu ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq.

Qeyd edək ki, Naço Fernandes 2012-ci ildən "Real"da çıxış edir. O, cari mövsüm La Liqada 23 matçda meydanda olub.
 
///Report

OXŞAR XƏBƏRLƏR