Rəbiyyət Aslanova: 'Bu gün Müdafiə nazirinin əsgər ölümüylə bağlı imzaladığı əmrlər yetərli deyil'

Rəbiyyət Aslanova:
Bütün Xəbərlər
22:22 10.01.2013
2706
Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir sıra əmrlər imzalayıb.Müdafiə Nazirliyindən verilən məlumata görə, naziri əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova şiddətli töhmət elan edilib.Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.

Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.Məsələylə bağlı ANS-in Baş xəbər verilişinə canlı yayıma qatılan millət vəkili Rəbiyyət Aslanova bildirib ki, atılan addımlar yetərli deyil: "Düşünürəm ki, bu gün Müdafiə Nazirliyinin imzaladığı əmrlər yetərli deyil. Bu məsələylə bağlı daha ciddi addımlar atılmalıdır. Əgər belə olsa digər zabitlər, hərbi hissə komandirləri də bundan nəticə çıxaracaq. Ümumiyyətlə, Müdafiə Nazirliyi, respublika Hərbi Prokurorluğu dinc şəraitdə əsgər ölümlərinin, intihar hallarının artmasının qarşısının alınmasında daha ciddi və təsirli addımlar atmalıdırlar"

OXŞAR XƏBƏRLƏR