Rəbiyyət Aslanova: Bu qələbələr milyonlarla azərbaycanlının həyatını daha da firavanlaşdıracaq
SİYASƏT
22:55 19.09.2013
1454
“İqtisadi inkişaf və mənəvi tərəqqi arasında bilavasitə qarşılıqlı bağlılığın olması ümumən qəbul edilmiş qənaətdir.Hər bir millət, xalq ona mənsub olan insanların davamlı daxili münasibətləri və ünsiyyəti sayəsində mövcud olur, möhkəmlənir”.Bu sözlər Milli Məclisin (MM) İnsan hüquqları komitəsini sədri, professor Rəbiyyət Aslanovanın “Azərbaycan” qəzetində gedən “Siyasətin ali prinsipi və gələcək hədəfi: İnsan hər şeydən üstündür!” adlı geniş təhlil xarakterli yazısında əksini tapıb.Yazıda qeyd olunur ki, bu əlaqələr xalqın inkişaf mərhələləri prosesində formalaşır, təkmilləşir, davranış normaları və ənənələrlə tənzimlənir.R.Aslanovanın yazdığına görə, xalqın, dövlətin mənəvi inkişaf və ünsiyyətinin obyektiv əsası kimi siyasi və mədəni inkişaf kimi, iqtisadi inkişaf da həlledici rol oynayır:“Ümumən qəbul edilmiş qənaət, həm də ənənə mövcuddur: iqtisadiyyat və mədəniyyətdə uğur və nailiyyətlər nə qədər çoxdursa, vətəndaşlar arasında milli birlik, ictimai-siyasi və qrupdaxili ünsiyyət əlaqələri, daxili inteqrasiya o qədər intensiv inkişaf edir.Adətən milli-mənəvi keyfiyyətlərdən danışanda onun formalaşması və inkişafının maddi amillərlə bağlı olmadığını düşünürük. Halbuki dövlətin və millətin formalaşmasında sosial-iqtisadi faktorlar nə qədər əhəmiyyətə malikdirsə, onun mənəvi potensialının artmasında da həmin rolu oylayır.Təsadüfi deyildi ki, ilk millətlərin yaranmasında bu amillər həlledici rol oynamışdır. İlk millətlər feodalizmin dağılması və kapitalzmin yaranması ərəfəsində meydana gəlib. Millətlərin yaranmasının iqtisadi əsasları – kapitalist istehsal münasibətləri, xüsusi mülkiyyətə əsaslanan iqtisad inkişaf və əlaqələrin möhkəmlənməsi olub”.Komitə sədri yazısında qeyd edir ki, XX əsrin əvvəllərində, sovet dövründə milli hisslərə malik vətəndaşdan danışmaq özü çox yasaq mövzu idi.Onun qeyd etdiyinə görə, ancaq Azərbaycan dövlətinin müstəqillik tarixinin formalaşması prosesində iki onillikdən ibarət mərhələ aşkar özünü göstərir:“Vətəndaşın yetişməsinin danılmaz şərti onun doğulub-yaşadığı müstəqil dövlətinin olmasıdır. Eyni zamanda müstəqilliyin ilk illərində bu vətəndaş tam yetişə buməzdi. Onun hələ 10 yaşı vardı.Hər bir dövlətin vətəndaşında milli qürur hissi, onun mənsub olduğu ölkənin uğurları, dünyada imici, yaxın və uzaq ölkələr arasında nüfuz və siyasi çəkisi də çox mühüm rol oynayır. Milli ləyaqət və qürur əldə edilən uğurlarda ifadə edilən konkret nümunə və faktlarla tərbiyə edilir.Bu baxımdan yanaşdıqda son 10 ilin tarixində qürurlu vətəndaş formalaşdıran cahanşümul hadisələr nə qədərdir! Azərbaycan insanı, vətəndaşı onu ən böyük dəyər kimi bəyan edən liderin olduğu ölkədə yaşamaqdan qürur duyur!”R.Aslanovanın fikrincə, 2003-cü ildən sonrakı on ilin mənəvi-mədəni-ideoloji yekunlarını dəyərləndirmək son dərəcə vacibdir, çünki onların hamısının məcmu yekunu vətəndaş, gənc, tələbə, yeni nəsildir:“Belə qəbildən olan insanlar əgər mənəvi cəhətdən özünü yetkin hiss edirsə, psixoloji müqaviməti nə qədər güclüdürsə, xalq da o qədər rəqabətədavamlı olur.Milli qürur və ləyaqət hissi hər bir canlının mənəvi müqavimət sisteminə analoji fenomendir. Əgər bu hisslər zəifləyərsə, hətta ən kiçik zərərli təsirlər belə öz məqsədinə nail ola bilər. Yaxud əksinə, milli qürur hissi yaşayan vətəndaş üçün dövləti onun ləyaqət simvoludur!Bu on ilin ən möhtəşəm, ilk baxışda sezilməyən və hələlik dərin tədqiq edilməyən yekunu var; bu, azərbaycanlıların özünə dəyər verməsi, arxasında real işlərin və danılmaz faktların dayandığı on ilin bəhrəsi olan milli özünüdəyərləndirmə faktorudur!Maraq doğuran məqamlardan biri də budur ki, cəmiyyətdə insanların özünü dəyərləndirməsi milli ləyaqət hissi ilə düz mütənasib şəkildədir. Öz şəxsiyyətinə dəyər verən vətəndaş xalqla birliyini daha dərindən dərk edir, ləyaqət və nüfuzunu yüksək tutur, aşağılanmasına heç zaman yol vermir! Yüksək adekvat dəyərləndirmə əksər xalqlara xas olan təbii və normal vəziyyət olub milli ləyaqət hissini gücləndirir.Milli ləyaqət hissi – mənsub olduğu xalqa və vətənə vətənpərvərlik hissi, ümumi maraq, mədəniyyət, dil və dinə malik bir millətə mənsubluğuna görə xalqın dünya birliyində özünəməxsusluğunu, əhəmiyyət və dəyərini daxilən yaşamasıdır. Dövlətinin, əcdadlarının, mənəvi irsi və sərvəti ilə qürur duymaq, doğulduğu vətənə məhəbbət, adətənənələrinə hörmət və s. milli ləyaqətin tərkib hissələridir. Vətənpərvərlik və s. kimi milli xüsusiyyətlərin əsasını məhz burada axtarmaq olar”.Komitə sədri daha sonra yazır ki, bu gün hər bir azərbaycanlı vətəndaş hiss edir ki, onun hüquqlarını qoruyan Prezidenti, ona dayaq olan dövləti var:“Bu milli qürur və məğrurluq hissi üçün nə qədər çətin mərhələlər dəf edilib? Bu hisslər qarşıda qazanılması vacib olan qələbələr üçün də olduqca dəyərli bir kapitaldır.Milli qürur hissi, xalqın, millətin, dövlətin mənəvi missiyasında, nəsillərin mənəvi estafetinin davam etməsində iştirak etmək tarixi yaddaşın mühüm göstəricisi, şərtidir…”R.Aslanova yazısında həmçinin qeyd edir ki, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında siyasətində əsas tutulan prinsip belədir-insan amilinin, kapitalının inkişafı ölkənin inkişafının yeni mərhələsində prioritet olaraq qalacaq:“Azərbaycanın növbəti illər üçün inkişaf konsepsiyasında ötən 10 ildə olduğu kimi, sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Konsepsiyada əhalinin sosial müdafiəsinin bundan sonra da gücləndirilməsini və ölkədə etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasını nəzərdə tutan ayrıca proqram yer alır.Bu qələbələr milyonlarla azərbaycanlının həyatını daha da firavanlaşdıracaq. Vəzifələr miqyasına görə nəhəng olduğu kimi, onun yerinə yetirilməsində bütün təfərrüatlar da önəmlidir. Digər tərəfdən, Azərbaycan elitası üçün müstəqillik illərində məhz təsəvvürəgəlməz vəzifələrin gerçəkləşdirilməsi artıq bir tarixi missiyaya çevrilib.Güclü dövlət, firavan vətəndaş, kreativ intellektual azərbaycanlı formalaşdırmaq strategiyası – bu yeni hədəflər həm də inkişafımızın bütün istiqamətlərində köklü dəyişiklikləri, deməli, milli elitanın öz vəzifələrinə yenidən baxmasını tələb edir. Buna nail olan iqtidar isə növbəti seçimlərdə yenidən xalqın qeyd-şərtsiz etimadını qazanır.Müstəqil Azərbaycanda 1993-cü ildən prezidenti xalq seçir. 1993-cü ildən xalq ortaya dəmir iradə qoyaraq dövlətçiliyin gələcəyi üçün ləyaqətli seçim etməyə qadir olduğunu göstərir. Müdrik və uzaqgörən xalq ağı qaradan seçməyi çox yaxşı bilir və xalqın gözü tərəzidir.Əvvəlki on ildə müstəqilliyin təməllərinin qurulması fəlsəfəsindən dinamik inkişaf fəlsəfəsinə keçid almaq heç də hamıya nəsib olmayıb. Dinamik inkişaf fəlsəfəsi dövlətçiliyin bütün sahələrində yalnız maliyyə məsələlərini deyil, ilk növbədə strateji prioritetlərin hədəfə alınmasını tələb edir.Bu on ildə “İnsan hər şeydən üstündür!” bəyanatı ilə Prezidentin dövləti, milləti və vətəndaşı düşünərək siyasi zəkası ilə verdiyi qərarlar ümummilli proqramlara, sərəncamlara, qanunlara, normativ sənədlərə çevrildi. Onların icrasına sərt nəzarət və siyasi məsuliyyət sayəsində sonda həmin siyasət real faktlarla, nəticələrlə yekunlaşdı.İyirmi ildən çoxdir ki, biz yeni Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin yaranması və inkişafının şahidləri və hərənin öz təsəvvürünə görə həm də iştirakçılarıyıq. Bu gün yeni prioritetlər seçimini müəyyən etmişik. Dövlət quruculuğu bugünün kəşfi deyil. Çoxəsrlik tarix göstərir ki, hakimiyyətdə müstəqil, vətənsevər lider olmasa, nə güclü dövlət olar, nə də orada insanlar özlərini firavan hesab edə bilərlər.