Rəbiyyət Aslanova: Dünya birliyi Ermənistanın təcavüzkarlığının qarşısının alınması üçün heç bir tədbir görmür

SİYASƏT
13:56 09.12.2013
1064

Hər bir xalqın, dövlətin tarixində xüsusi qeyd olunan və mühüm önəm daşıyan günlər olur.

Lakin, dünya tarixində elə əlamətdar günlər olub ki, onu bütövlükdə bəşəriyyət bir yerdə qeyd edir və bu baxımdan 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü çox mühüm əhəmiyyət kəsb edir.AZXEBER.COM xəbər verir ki, bu fikirləri Milli Məclisinin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə dekabrın 9-da Parlamentdə BMT tərəfindən qəbul olunmuş İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr edilən dəyirmi masada çıxışı zamanı adı çəkilən komitənin sədri Rəbiyyət Aslanova dilə gətirib.Komitə sədrinin qeyd etdiyinə görə, 1948-ci ildə qəbul edilən Bəyannamə ondan sonra qəbul edilən və imzalanan beynəlxalq sənədlərin ən alisi hesab edilə bilər.Lakin, R.Aslanova onu da təəssüf hissi ilə bildirib ki, həmin Bəyannamənin 40-cı il dönümündə, yəni 1988-ci ildə Azərbaycan Ermənistanın təcavüzünə məruz qaldı, 1 milyondan artıq insan məcburi köçkün və didərgin vəziyyətinə salındı:“Həmin müddətdən düz 25 il keçir. Lakin, təəssüflər olsun ki, İnsan Hüquqları Bəyannaməsinin 65 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda Ermənistanın Azərbaycana qarşı təcavüzünə hələ də son qoyulmayıb. Bununla yanaşı dünya birliyi Ermənistanın təcavüzkarlığının qarşısının alınması üçün heç bir ciddi tədbirlər görmür”.Komitə sədrinin bildirdiyinə görə, insan hüquqları anlayışı heç də abstrakt bir anlayış deyil:“İnsan hüquqları insanların azad, sərbəst, təhlükəsiz yaşaması, öz hüquqlarını istədiyi şəkildə reallaşdırmasıdır. Onu da deyim ki, yaşadğımız 21-ci əsr də təhlükəsizlik və sabitliyinin hökm sürdüyü bir əsr deyil. Bəlkə də 20-ci əsrin insanları daha optimist idilər, ancaq 21-ci əsrdə hələ də davam edən münaqişələr, müharibələr bu optimizmə bir qədər kölgə salır”.Bununla yanaşı komitə sədri İnsan Hüquqları Bəyannaməsinin bütün müddəalarının Azərbaycan Konstitusiyasında və qanunvericiliyində əks olunduğunu, bu istiqamətdə mərhum dövlət başçısı Heydər Əliyevin və indiki ölkə Prezidenti İlham Əliyevin bir sıra önəmli sərəncamlar imzaladağını da diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR