Rəcəb Tayyib Ərdoğan əməliyyat olundu

Rəcəb Tayyib Ərdoğan əməliyyat olundu
Bütün Xəbərlər
05:15 11.02.2012
1522
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən axşam saat 21.00-də (Bakı vaxtıyla 23.00) İstanbuldakı özəl xəstəxanalardan birində növbəti dəfə əməliyyat olunduğu bildirilir. Bu barədə məlumat “Cumhuriyet” qəzetinin internet portalında yayılıb. Məlumata görə, bu həftəsonu baş nazirin heç bir proqramı yox imiş. Baş nazirlik isə iddialara dair hər hansı bir açıqlama verməyib.
“Oda TV”-nin xəbər portalında isə baş nazir Ərdoğanın xərçəng riski daşıdığı, bu səbəblə də ikinci dəfə əməliyyat olunduğu iddia edilib.
Bəzi mənbələr Rəcəb Tayyib Ərdoğanın sadəcə həkim nəzarətindən keçmək üçün xəstəxanaya getdiyini bildirir.
Qeyd edək ki, baş nazirlikdən bəzi mənbələr “internethaber.com” saytına verdiyi məlumatda iddiaları təkzib edib. Mənbə, Baş nazirin gün ərzində “Medipol” xəstəxanasında olduğunu, qanını təmizləmək üçün bədəninə yerləşdirilən cihazın çıxarıldığını və əvvəlki əməliyyatda qoyulan tikişlərin söküldüyünü deyib.
Məlumata görə, baş nazir Ərdoğan bu tibbi müdaxilədən bir müddət sonra istirahət etmək üçün İstanbul Üsküdar rayonu Kısıklı məhəlləsində olan evinə gedib.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan keçən il noyabrın 26-da əməliyyat olunmuşdu. Baş nazirin xərçəng olduğu iddia edilsə də, Ərdoğanın özü bu iddianı doğrulamamışdı.
OXŞAR XƏBƏRLƏR