Rəcəb Tayyib Ərdoğan: "Fələstin bir dövlətdir

Rəcəb Tayyib Ərdoğan: "Fələstin bir dövlətdir
Bütün Xəbərlər
11:13 22.09.2011
1321
BMT-nin 66-cı Baş Assambleyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Fələstinin BMT-yə üzvlük məsələsi ilə bağlı açıqlama verib. 
"Bizim mövqeyimiz Fələstinin mövqeyi ilə eynidir. İndiyədək Fələstin xalqına qarşı ciddi haqsızlıqlar edilib. Fələstin xalqını 50 ildir"dövlət olacaqsınız" deyib aldadırlar. Torpaqları işğal altında olan Fələstin xalqıdır, amma işğal altında olan İsrail torpaqlarıymış kimi yanaşma tərzləri meydana çıxmağa başlayıb. Fələstin Muxtariyyətinin bu məsələ ilə bağlı atacağı addımları gözləyirik. Həmişə onların atdıqları addımların yanında olacağıq. Fələstin bir dövlətdir" - deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.
OXŞAR XƏBƏRLƏR