Redaksiyalarda tanış olub evlənən jurnalistlər - SİYAHI
Bütün Xəbərlər
08:19 28.08.2012
2092
Jurnalistləri, bir növ, hərbçilərlə də müqayisə etmək olar. Çünki hər iki sahədə bilmək olmur ki, bir neçə saniyədən sonra hansı hadisə olacaq. Və sən hadisənin xarakterindən asılı olmayaraq, gərgin iş rejiminə hazır olmalısan. Bəlkə də bu səbəbdən jurnalist xanımların əksəriyyəti ailə həyatı qurarkən bu sahədən uzaqlaşır. Və ya əksinə, bu peşəyə bağlılığı səbəbindən heç ailə həyatı da qura bilmir. Çünki günün çox hissəsini işdə - reportaj, müsahibə hazırlamaqla keçirən qadın, hətta evdə də mövzu tapmaq, ya da işi evdə də davam etdirməklə keçirir. Qarşı tərəf də təbii ki, öz narazılığını bildirir. Belə olan vəziyyətdə deyirlər ki, jurnalisti elə jurnalistin özü yaxşı başa düşər. Maraqlıdır bir-birini başa düşən, redaksiyalarda tanış olub ailə həyatı quran jurnalist cütlüklərimiz kimlərdir?Mətbuatda tanınmış müxalifət qəzetlərindən olan “Yeni Musavat”dan başlayaq. Öncə elə bir neçə gün öncə bir qızları dünyaya gələn Şahnaz Novruzqızı və Emin Rüstəmov cütlüyünü göstərmək olar.Sevinc Telmanqızı Zamin Hacılı ilə 22 yaşında ailə həyatı qurub, iki övladları var. Xanım jurnalist müsahibələrindən birində bildirib ki, jurnalistlə ailə həyatı qurmaq onun üçün avantajdır. Onların tanışlığı “Yeni Müsavat”da baş tutmayıb, artıq ora gələnə qədər tanış imişlər. Onların tanışlığı Gənc Tamaşaçılar Teatrından başlayıb. Və bu münasibət redaksiyada reallaşıb və toyla başa çatıb.Qəzetin digər xoşbəxt evliliklərini Kamal və Vəfa Qasımova davam etdirir.Ən maraqlı cütlüklərdən isə “Yeni Müsavat”da 1997-ci ildə tanış olmuş Fərəh və Məğruru göstərmək olar. Bu cütlük ailə həyatı quranda çox adam deyib ki, sizlərdə adət-ənənə fərqlidir, yola gedə bilməyəcəksiz. Çünki bunu Fərəhin bakılı, Məğrurun isə Qarabağlı olması ilə əlaqələndiriblər.Fərəh: “Məğrur bir qədər əvvəldən orda işləyirdi, mən də 1997-də ora getmişdim. Onda operator kimi işləyirdim. Sonra jurnalistliyə keçdim. Qısa müddət sonra qarşılıqlı münasibət yarandı. 2001-in martında toyumuz oldu. 2003-dən sonra artıq ayrı-ayrı mətbuat orqanlarında işləməyə başladıq. Bir qızımız, bir oğlumuz var. Əgər həyat yoldaşım jurnalistikanın içində olmasaydı, yəqin mən belə uzun müddət jurnalist işləyə bilməzdim. Çünki hər adam qadının belə ağır, gərgin, qrafiksiz iş rejiminə dözmür”.Zahid Mirəlioğlu və Rəna Cüməqızıda “Yeni Müsavat”da ailə qurublar.Keçək digər mətbuat orqanına. “Azadlıq” qəzetindən Aytən Məmmədova həyat yoldaşı, idman yazarı Coşqun Eldaroğlu ilə “Gün-Səhər” qəzetində işləyəndə tanış olublar. Aytən çox qısa müddətə gedib ”Gün-səhər” qəzetinə, sonra “Azadlıq” qəzetinə qayıdıb, tanışlıqlarının əsasını orada qoyublar.Bu qəzetin bir xoşbəxt evliləri də Könüllə-Xəyal cütlüyüdür. Redaksiyada tanış olmuş ən qocaman evlilərdən isə Rəsul Mirhəşimli ilə Səadət Cahangirlini göstərmək olar.“Ekspress” qəzetində tanış olan Nigar və Elnur Məmmədli cütlüyünün özünəməxsus tanışlıq tarixçələri var.Nigar Məmmədli: “Biz 2003-cü ildə “Exspress” qəzetində tanış olmuşuq. Mən onda BDU-nun Jurnalistika fakültəsində təhsil alırdım. Həm də işləyirdim. Fevral ayında o qəzetə gəldim. Elnur onda əsgərlikdə idi. Ondan əvvəl bacısı ilə tanış idim. Aramızda digər iş yoldaşlarım kimi mehriban münasibət var idi. Heç ağlımdan da keçməzdi ki, bunun fikri başqa imiş. Düz bir ildən sonra 2004-cü il aprelin 26-da ilk dəfə bu haqda söhbət açdı. Cavabım təbii ki, “yox” oldu. Bir il, bir ay dayanmadan, bezmədən cəhd etdikdən sonra 2005-ci il mayın 9-da Qələbə Günündə razılıq ala bildi. 2006-cı ilin yanvarında nişanlandıq. Dekabrın 10-da toyumuz oldu. Biz toy günümüzü düz 7 ildir ki hər il qeyd edirik. Elnur 9 mayda zarafatla deyir ki, “bu gün mənim də qələbə günümdür”.İki qızımız var. Nuray 5 , Nərmin 3 yaşındadır. Çox xoşbəxtik”.“Gün.az”-in redaktoru Emil Quliyev və xanımı Nurlana 2006-cı ildə “Exo”qəzetində tanış olublar, sonra rusdilli “Kaspiy”də evləniblər, iki qızları var. “7 gün” qəzetinin əməkdaşları Kəmalə Quliyeva və Asəf Quliyev, Məhəmməd Süleymanlı və Kifayət Haqverdiyeva, Fuad Həsənov və Marina Səttarbəylidə həmkarlarından geri qalmayıblar. Onlar elə indi fəaliyyət göstərməyən həmin qəzetdə tanış olublar, bu tanışlıq sonra evliliklə nəticələnib.“525-ci qəzet”də iş yoldaşlarının evlənmə adəti hələ 1999-cu illərə gedib çıxır. Rövşən və Aygün bu illərdə evlənənlərdəndir. Amma hələ də toylar davam edir, redaksiyada bir-birinə qəlbini verənlərdən Cəmilə və İbrahim də var.Deyəsən, məsələ qəzet redaksiyasından çıxıb, hətta informasiya agentliklərinə də sirayət edib. Belə ki, APA-nın əməkdaşları Hafiz Heydərovla Səidə xanım bu cür evlilərdəndir. Onlar da bu agentlikdə tanış olub evləniblər.“Olaylar” informasiya agentliyindən Səbuhi Səfiyarlı və Elnarə Məmmədova da vaxtı ilə bu agentlikdə tanış olub evləniblər.Fəaliyyəti dayanan “Avropa” qəzetindən mətbuatımızın ən tanınmış simalarından Səadət Akifqızı və Fəxri Uğurlu kimi xoşbəxt ailə çıxıb.“Gündəlik Teleqraf” qəzetindən isə Elməddin və Xəyalə Muradlı nı göstərmək olar. “Üç nöqtə” qəzetində isə evlənən cütlüyün tərəflərindən biri dizayner Namiq və digər tərəf isə müxbir Yasəməndir. Nə deyirik, Allah xoşbəxt eləsin.Kulis.az-ın əməkdaşları Elmin Həsənli və Günel Ələsgərzadə yeni ailə həyatı quranlardandır. Yəqin ki, cütlüyümüz hələ də toy ab-havasından çıxmayıblar.Hazırda “Azadlıq” Radiosunda işləyən Abbas Atilay və Sevinc Hüseynzadə də həmkarlarından geri qalmayıb redaksiyada tanış olanlardandırlar.“Azadinforum” agentliyinin sevimli ailə cütlüyü Nurəddin Heydərli və Aynurə Əhmədovadır. İndi ayrı-ayrı redaksiyalarda çalışan bu ailə də xoşbəxtliyini sürdürür.Ən qocaman radio olan “Azərbaycan radiosu” Qulu Ağsəsilə Laura Cəbrayıllının tanışlıqlarının əsas yeri olub.Onu da deyək ki, hətta tələbə ikən bir yerdə oxuyan jurnalistlərimiz də var. Bunlardan “Azadlıq” Radiosundan İlqar Rəsul və Azərbaycan televiziyasından Almaz Mahmudu misal göstərmək olar. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bir yerdə təhsil alan cütlüyün bir övladı var və çox xoşbəxt ailə həyatı yaşayırlar.“Exo” qəzetindən iki qocaman əməkdaşı tanımayan yəqin az adam tapılar. Fazil Ələsgərli və Dilarə Axundzadə. Onlar uzun müddət eyni redaksiyada çalışıblar. Hətta qızları Nurani