Redaktorlar Ceyhun Osmanlıdan danışdılar - SORĞU

Redaktorlar Ceyhun Osmanlıdan danışdılar - SORĞU
Bütün Xəbərlər
12:36 22.11.2012
1487

Qaynar.info yeni rubrikaya start verir. Bu dəfə ictimai rəyi formalaşdıran jurnalistlər konkret bir millət vəkili haqqında öz təəssüratlarını bölüşəcək, onun fəaliyyətini təftiş edəcəklər.

Fəaliyyətini ictimai müzakirəyə çıxaracağımız növbəti millət vəkili Ceyhun Osmanlıdır. Ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər 63 saylı Sabirabad birinci seçki dairəsini təmsil edən gənc deputat haqqında təəssüratlarını Qaynar.info-ya bölüşəcəklər.

Əfsələddin Ağalarov (Publika.az portalının redaktoru):

Ceyhun Osmanlının deputat kimi fəaliyyətini yüksək qiymətləndirirəm. Ceyhun müəllim parlamentdə akitvliyi ilə seçilir. Bu onun həm plenar və komitə iclaslarında, həm də qanunvericilik təşəbbüslərinin irəli sürülməsi ilə bağlı fəaliyyətində açıq nəzərə çarpır. Biz onu Milli Məclisdə Azərbaycan gəncliyinin nümayəndəsi olaraq görürük. Bilirsiniz ki, Ceyhun müəllim deputat seçilənə qədər ölkənin ən böyük gənclər təşkilatı – “İrəli”yə rəhbərlik edib və hələ o zamanlar Azərbaycan gəncliyinin etimadını qazanıb. Bu gün parlamentdə uğurlu fəaliyyəti ilə həm də bu etimadı qoruyub saxlayır.

Samir Feyruzov (Sia.az portalının əməkdaşı):

Azərbaycan parlamentinin ən fəal deputatlarından biri Ceyhun Osmanlıdır desəm, yəqin ki, yanılmaram. Sabiradda yaşayan dostlarımdan aldığım məlumata görə, Ceyhun müəllim vaxtaşırı Sabirabada gedərək, seçicilərlə görüşlər keçirir, onların problemlərinin həllinə dəstək olmağa çalışır. Bu mənada seçicilər də ondan razılıq edirlər. Ceyhun Osmanlı həm də mətbuata açıq adamdır. Siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq, bütün mətbuat orqanlarına müsahibələr və açıqlamalar verir və biz jurnalistlər ondan hər hansı məsələyə münasibət öyrənməkdə çətinlik çəkmirik. Görünür bu də Ceyhun müəllimin parlamentə məhz ictimai fəaliyyətdən gəlməsilə bağlıdır. Ceyhun Osmanlının deputat kimi fəaliyyətini yüksək qiymətləndirirəm.

Hacıbəy Heydərli (Azxeber.com portalının redaktoru):

Ceyhun Osmanlı parlamentin ən aktiv və enerjili deputatlarından biridir. O hələ deputat seçilməmişdən öncə gənclərin sevimlisinə çevrilməyi bacarıb. Ölkənin ictimai həyatında bu və ya digər formada iştirak edən gənclərin hamısı Ceyhun müəllimi tanıyır. Təvazökarlığı, qayğıkeşliyi, səmimiliyi Ceyhun müəllimi olduğu bütün kollektivlərdə hamının sevimlisinə çevirib. Biz Ceyhun müəllimlə çoxdan tanışıq və mən həmişə onu optimist ovqatda görmüşəm. O, həm seçicilərinin, həm də biz gənclərin parlamentdə təmsilçisidir və yüksək səviyyədə fəaliyyət göstərir. Bu da heç şübhəsiz bizi sevindirir.

Nəzərbəy Hacıağayev (Qaynar.info portalının redaktoru):

Ceyhun Osmanlının deputat kimi fəaliyyəti uğurludur. Onun Milli Məclisin plenar və komitə iclalarında aktivliyi müşahidə olunur. Qanunvericilik təşəbbüsləri ilə çıxış edir, sahə qanunlarının qəbulunda fəallığı ilə seçilir. Mətbuata açıq deputatdır. Jurnalistlər ondan hər hansı açıqlama almaqda çətinlik çəkmirlər. Onun seçildiyi dairədə yaşayan seçicilər ondan razılıq edirlər. Əgər hər hansı millət vəkili qısa zaman kəsimində həm seçicilərinin, həm mətbuatın, həm də ictimaiyyətin rəğbətini qazanırsa, bu artıq onun fəaliyyətini yüksək səviyyədə qurmasının göstəricisi sayıla bilər.

OXŞAR XƏBƏRLƏR