Redon Cica: "Qarabağ"a pula görə gəlməmişəm"

Redon Cica: "Qarabağ"a pula görə gəlməmişəm"
İDMAN
19:53 01.02.2023
418
"Qarabağ”a transferi daha güclü komandaya keçmək üçün yaxşı fürsət kimi görürəm. Bura pula görə gəlməmişəm”.

Bunu "Qarabağ”ın qış transfer dönəmində heyətinə qatdığı Redon Cica ölkəsi Albaniyanın "Sport Magazine” proqramına açıqlamasında deyib.

Premyer Liqanın XX turunda "Şamaxı” (3:1) ilə görüşün 64-cü dəqiqəsində meydana daxil olaraq Ağdam klubunun heyətində debüt edən 25 yaşlı futbolçu buna görə şad olduğunu bildirib: "Qarabağ”da debüt etmək çox xoş idi. Kollektivə yaxşı uyğunlaşıram, "Şamaxı” ilə matçda komanda yoldaşlarımla bir-birimizi başa düşürdük. Futbolçulara yaxınlaşmağın çətin olacağını düşünürdüm, amma hamı məni çox yaxşı qarşıladı”.

Albaniya klubu "Tirana”dan transfer edilən Cica baş məşqçi Qurban Qurbanovun ondan çox şey gözlədiyini söyləyib: "Baş məşqçi ilk gündə mənə dedi ki, sənə inanırıq. Məni izlədiklərini, bacarıqlarımı bəyəndiklərini bildirdi. "Şamaxı” ilə matçda iştirak etdiyim üçün də təbrik etdi”.

O, yaşadığı evlə təlim-məşq bazası arasında 20 dəqiqəlik yol olduğunu əlavə edib: "Yaşadığım evdən məşq meydançasına maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. İlk həftədə təlim marşrutunu tapmaq üçün GPS-dən istifadə etdim”.

Cica hədəfinin uzun müddət "Qarabağ”ın formasını geyinmiş həmyerlisi Ansi Aqolli kimi klubun tarixinə düşmək olduğunu deyib: "Ansi Aqolli burada əfsanə idi. Təkcə futbolçu kimi yox, ümumiyyətlə, onu çox sevirdilər. Ümid edirəm ki, bir gün məni də Aqolli kimi sevəcəklər”.

Qeyd edək ki, Redon Cica "Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək